İş yeri: Bakı şəhəri
Məşğulluq: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Rəhbər şəxsin və ailə üzvlərinin təhlükəsiz və komfortlu daşınmasını təmin etmək;
- Uşaqların məktəbə aparılması və geri gətirilməsi;
- Gündəlik marşrutların və tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Avtomobilin təmizliyinə və texniki vəziyyətinə nəzarət etmək;
- Ailənin şəxsi həyatına və məxfi məlumatlarına hörmətlə yanaşmaq;
- Yüksək xidmət mədəniyyəti və peşəkar davranış nümayiş etdirmək.
Namizədə tələblər:
- Minimum 10 il sürücülük təcrübəsi;
- Bakı şəhərini və əsas marşrutları yaxşı tanımaq;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək;
- Premium sinif avtomobillərin idarə edilməsində təcrübə (üstünlükdür);
- Səliqəli xarici görünüş, nəzakətli ünsiyyət və məsuliyyətli davranış;
- Punktuallıq, təmkinlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
- Uşaqlarla ünsiyyətdə etik davranış qaydalarını bilmək.
- Namizədin Qobu, Lökbatan və ətraf ərazilərdə yaşamasına üstünlük verilir. Sürücü hər gün səhər saatlarında təyin olunmuş vaxtda Qobu ərazisində yerləşən ünvana vaxtında gəlməyi təmin etməlidir.
- 40-55 yaş aralığında olan namizədlərə üstünlük verilir
İş şəraiti:
- Əməkhaqqı: Müsahibə əsasında; (yemək pulu ayrıca ödəniləcək)
- İş qrafiki: 6 gün, bazar günü istirahət verilir.
- Uzunmüddətli və stabil əməkdaşlıq imkanı.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994-77-117-84-92 əlaqə nömrəsinə göndərin.