“Hədəf Beynəlxalq Kembric Məktəbi”-nə peşəkar və təcrübəli Riyaziyyat Müəllimi axtarılır.
Əsas Vəzifə Öhdəlikləri:
- Məktəbin tədris proqramına uyğun, maraqlı və effektiv riyaziyyat dərslərinin planlaşdırılması və keçirilməsi
- Dərslərdə texnologiya və innovativ tədris metodlarından istifadə
- Müsbət, inklüziv və dəstəkləyici sinif mühitinin yaradılması
- Sinifdə nizam-intizamın təmin edilməsi, hörmət və əməkdaşlığın təşviqi
- Məktəbin daxili qayda və prosedurlarına əməl edilməsi
- Şagirdlərin akademik inkişafının qiymətləndirilməsi və izlənməsi
- Şagirdlərə və valideynlərə vaxtında və konstruktiv rəyin verilməsi
- Şagirdlərin inkişafı ilə bağlı müəllim kollektivi və valideynlərlə əməkdaşlıq
- Departament və ümumməktəb iclaslarında, eləcə də məktəb təşəbbüslərində iştirak
Tələblər:
- Ali təhsil (mütləqdir)
- Riyaziyyat fənninin tədrisi üzrə minimum 1 il iş təcrübəsi
- Beynəlxalq və ya ingilis dilli məktəblərdə iş təcrübəsi üstünlükdür
- Cambridge Kurikulumu üzrə təcrübə üstünlükdür
Bacarıqlar və Səriştələr:
- Fənn üzrə yüksək bilik səviyyəsi
- Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma
- Güclü ünsiyyət və təqdimetmə bacarıqları
- Müsbət və peşəkar münasibət
- Effektiv sinif və zaman idarəetməsi bacarıqları
Biz Nə Təklif Edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- İş saatları: 08:00 – 17:00 (həftədə 5 gün)
- 56 gün ödənişli məzuniyyət
- Şirkət tərəfindən gündəlik nahar
- Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim
- Müntəzəm təlim və inkişaf proqramları
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Vakansiyaya uyğun namizədlər CV-lərini mövzu hissəsində “Riyaziyyat Müəllimi” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.