“Hədəf Beynəlxalq Kembric Məktəbi” komandamıza qoşulmaq üçün təcrübəli və peşəkar Science Müəllimi axtarırıq.
Vəzifə öhdəlikləri
- Dərslərdə texnologiyadan və innovativ tədris metodlarından istifadə etmək
- Məktəb proqramına uyğun maraqlı və əhatəli dərslər planlaşdırmaq və keçmək
- Müsbət, inklüziv və tələbə mərkəzli sinif mühiti yaratmaq
- Sinif davranışını idarə edərək hörmət və əməkdaşlığı təşviq etmək
- Məktəb qaydalarını və prosedurlarını səmərəli tətbiq etmək
- Tələbələrin irəliləyişini müxtəlif üsullarla qiymətləndirmək
- Tələbələrə və valideynlərə vaxtında və konstruktiv rəy vermək
- Tələbələrin inkişafını dəstəkləmək üçün həmkarlar və valideynlərlə əməkdaşlıq etmək
- Departament və məktəb səviyyəsində iclas və təşəbbüslərdə iştirak etmək
Tələblər
- Müvafiq sahədə bakalavr dərəcəsi (mütləq)
- Bu sahədə minimum 1 illik iş təcrübəsi
- IELTS 6.5–7.0 bal və ya B2 səviyyəsində İngilis dili biliyi
- Beynəlxalq və ya ingilis dilli məktəblərdə təcrübə üstünlükdür
- Cambridge Elm Proqramı ilə tanışlıq üstünlükdür
Bacarıqlar və qabiliyyətlər
- Güclü fənn bilikləri
- Dəqiqlik, məsuliyyət və hesabatlılıq
- Əla ünsiyyət və şəxsi münasibət bacarıqları
- Müsbət və peşəkar münasibət
- Səmərəli sinif idarəçiliyi və vaxt idarəetməsi
Təklif etdiyimiz imkanlar
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- İş saatları: 08:00 – 17:00 (həftədə 5 gün)
- 56 gün ödənişli məzuniyyət
- Şirkət tərəfindən gündəlik nahar
- Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim
- Müntəzəm təlim və inkişaf proqramları
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Vakansiyaya uyğun namizədlər CV-lərini mövzu hissəsində “Science Müəllimi” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.