Tarix müəllimi (rus bölməsi üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tarix müəllimi (rus bölməsi üzrə)

  • Истекает 27 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Hədəf STEAM Liseyi”nin Tbilisi prospekti 72 ünvanında yerləşən kampusuna rus bölməsi üzrə təcrübəli Tarix müəllimi axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • Tarix fənnini rus dilində effektiv və anlaşıqlı şəkildə tədris etmək;
  • Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsləri planlaşdırmaq, hazırlamaq və keçirmək;
  • Tarixi hadisələri, prosesləri və şəxsiyyətləri mənbələr və faktlar əsasında izah etmək;
  • Şagirdlərdə tənqidi düşünmə, tarixi mənbələri təhlil etmə və hadisələr arasında əlaqə qurma bacarıqlarını inkişaf etdirmək;
  • Müasir tədris metodlarından və texnologiyalardan istifadə etmək;
  • Şagirdlərin bilik səviyyəsini mütəmadi qiymətləndirmək və inkişafını izləmək;
  • Testlər, iş vərəqləri və dərs təqdimatları hazırlamaq;
  • Şagirdlərə və valideynlərə müntəzəm, konstruktiv geribildirim vermək;
  • Sinifdə nizam-intizamı və müsbət tədris mühitini təmin etmək;
  • Liseyin daxili qayda və prosedurlarına riayət etmək.

Tələblər:

  • Tarix və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Tarix müəllimi kimi minimum 1 il iş təcrübəsi;
  • Rus dilində sərbəst tədris bacarığı.

Bacarıqlar və səriştələr:

  • Tarix fənni üzrə yüksək bilik səviyyəsi;
  • Vaxtı idarə etmək və komanda ilə işləmək bacarığı;
  • Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma;
  • Güclü ünsiyyət və təqdimetmə bacarıqları;
  • Müsbət və peşəkar münasibət;
  • Sinif və dərs vaxtını effektiv idarə etmək bacarığı.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • İş saatları: 08:00–17:00 (həftədə 5 gün);
  • İş yeri: Tbilisi prospekti 72 - https://maps.app.goo.gl/3c28gVJ9dZaBrGM17
  • 56 gün ödənişli məzuniyyət;
  • Şirkət tərəfindən gündəlik nahar;
  • Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
  • Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly477
  • Monthly1941