HERO Projects & Design MMC memarlıq və MEP (Mechanical, Electrical & Plumbing) layihələndirilməsi sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir.
Komandamıza yüksək təşkilatçılıq bacarığına malik, məsuliyyətli, operativ və inkişaf yönümlü Ofis Meneceri / Direktor Köməkçisi dəvət edirik.
Əsas vəzifələr
- Direktorun gündəlik iş fəaliyyətinin planlaşdırılması və koordinasiyası;
- Rəsmi məktubların, e-poçtların və işgüzar yazışmaların hazırlanması;
- Azərbaycan və rus dillərində tərəfdaşlar və müştərilərlə peşəkar ünsiyyətin qurulması (mütləq);
- Görüşlərin, onlayn iclasların və s təşkili , planlaşdırılması və koordinasiyası;
- Daxil olan sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və nəzarətdə saxlanılması;
- Müqavilələrin, təqdimatların və digər inzibati sənədlərin hazırlanmasına dəstək;
- Şirkətin gündəlik inzibati işlərinin koordinasiyası;
- Direktor tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- Şirkətin rəsmi internet saytı və sosial media hesablarında əlamətdar günlər, peşə bayramları və digər xüsusi tarixlərlə bağlı korporativ paylaşımların hazırlanması və paylaşılmasının təşkili;
- Şirkətin korporativ imicinin qorunmasına və onlayn kommunikasiya fəaliyyətinə dəstək göstərilməsi.
- Tender sənədlərinin hazırlanmasında müəyyən qədər təcrübə.
Namizədə tələblər
- Ali təhsil üstünlük hesab olunur;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (mütləq);
- İngilis dili biliyi üstünlük hesab olunur;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- ChatGPT və digər süni intellekt (AI) alətlərindən istifadə bacarığı üstünlük hesab olunur;
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli, operativ, dəqiq və intizamlı olmaq;
- Vaxtın düzgün idarə olunması və planlaşdırma bacarığı;
- Səliqəli xarici görünüş və peşəkar davranış;
- Komanda ilə işləmək və təşəbbüskar olmaq;
- Tikinti, layihələndirmə və ya mühəndislik sahəsində iş təcrübəsi üstünlük hesab olunur.
Biz nə təklif edirik?
- Stabil və uzunmüddətli iş yeri;
- Rahat və müasir ofis şəraiti;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı və peşəkar yüksəliş imkanı;
- Maraqlı və beynəlxalq standartlara uyğun layihələrdə iştirak imkanı;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
İş qrafiki - Bazar ertəsi – Cümə, 09:00 – 18:00
İş yeri: Khojaly avenue 37, Demirchi Tower, Baku, Azerbaijan
Maraqlanan namizədlərdən CV-lərini "Ofis Meneceri / Direktor Köməkçisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.