Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • 317

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Təhsil , Çoxsahəli istehlak xidmətləri , Education Services

Enerji İdarəçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Enerji İdarəçisi

  • Deadline 20 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Energetika və texniki sahələrdə ali təhsilə sahib olmaq
  • Müvafiq ixtisas üzrə azı 3 (üç) il iş təcrübəsinə sahib olmaq
  • Enerji auditi, enerji menecmenti və enerji effektivliyi sahələri üzrə sertifikatlara malik olmaq (üstünlükdür);
  • Elektrik sistemləri, enerji istehlak edən qurğu və avadanlıqların iş prinsipləri üzrə texniki biliklərə sahib olmaq;
  • Enerji istehlakının ölçülməsi, monitorinqi və təhlili üzrə praktiki təcrübəyə malik olmaq;
  • Elektrik lövhələri (panolar), işıqlandırma və enerji paylanması sistemləri ilə işləmək bacarığı;
  • Texniki sənədləri, sxemləri və hesabatları oxumaq və hazırlamaq bacarığı;
  • Problemləri operativ şəkildə müəyyən etmək və effektiv həll yolları təklif etmək bacarığı.

Öhdəliklər:

  • Enerji istehlak edən qurğu və avadanlığa texniki xidmətin və enerji səmərəliliyinin monitorinqini aparmaq və təkliflər hazırlamaq;
  • Təsərrüfat subyektində və ya qeyri-yaşayış binalarında enerji istehlakının monitorinqini aparmaq və hesabatlar hazırlamaq;
  • Enerji istehlakının monitorinqinin həyata keçirilməsi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə olmasına nəzarət etmək, onların təmiri və ya yenisi ilə əvəz edilməsinə dair tədbirlər görmək;
  • Enerji istehlak edən sistemlər, qurğular, avadanlıqlar üzrə tələb olunan modifikasiyaları həyata keçirmək və onların tətbiqini koordinasiya etmək;
  • Enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün tədbirlər görmək və nəticədə enerji qənaətini təmin etmək;
  • Enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər vermək;
  • Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı təsərrüfat subyektinin və qeyri-yaşayış binasının mülkiyyətçisinin işçi heyətinin təlimi üçün tədbirlər görmək;
  • Bərpa olunan enerji mənbələrinin tətbiqi imkanlarını araşdırmaq və inkişaf etdirmək;
  • Təsərrüfat subyektinə və qeyri-yaşayış binasının mülkiyyətçilərinə texniki və praktiki tövsiyələr vermək.
  • Elektrik lövhələrində (panolarda) hər hansı bir nasazlığı araşdırıb tapmaq və aradan qaldırmaq
  • İdarə olunan və olunmayan işıqlanma cihazlarını (lampaların) dəyişdirmək, tələb olunan halda təmir etmək;

Biz təklif edirik:

  • 1000-1200 AZN xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma

Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected][email protected] ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Enerji İdarəçisi” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

  • Daily51
  • Weekly51
  • Monthly738