Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Education , Training & Professional Development

Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)

  • Deadline 3 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151

İş qrafiki: Beş iş günü, saat 08:00 – 16:30 (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Ərəb dili, ərəb filologiyası, pedaqogika və ya müvafiq sahə üzrə bakalavr təhsili.
  • Ərəb dilini həm yazılı, həm də şifahi formada yüksək səviyyədə bilmək.
  • Ərəb dilinin tədrisi metodikası üzrə biliklərə malik olmaq.
  • Müəllimlik təcrübəsi, xüsusilə ibtidai sinif şagirdləri ilə iş təcrübəsi üstünlükdür.
  • Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun interaktiv və effektiv təlim metodlarından istifadə etmək bacarığı.
  • Sinfin idarə olunması və effektiv ünsiyyət bacarıqları.
  • Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarından istifadə bacarığı.
  • Dərs planlarının və tədris materiallarının hazırlanması bacarığı.
  • Güclü təşkilatçılıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Öhdəliklər:

  • 1–5-ci sinif şagirdlərinə yaş xüsusiyyətlərini, fərdi öyrənmə ehtiyaclarını və dil bilikləri səviyyələrini nəzərə alaraq ərəb dilini tədris etmək.
  • Şagirdlərdə ərəb əlifbasını tanıma, hərflərin yazılışı və düzgün tələffüzü, söz ehtiyatı və ilkin dil bacarıqlarını inkişaf etdirmək.
  • Şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək.
  • Dərslərdə interaktiv, yaradıcı və oyun əsaslı təlim metodlarından istifadə etmək.
  • Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarını dərs prosesinə inteqrasiya etmək.
  • Şagirdləri ərəb dünyasının mədəniyyəti, ənənələri və gündəlik ünsiyyət qaydaları ilə tanış etmək.
  • Sinifdaxili fəaliyyətlər, tapşırıqlar və imtahanlar vasitəsilə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək.

Biz təklif edirik:

  • Rəqabətədavamlı əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.

E-poçtun mövzu hissəsində “Ərəb dili müəllimi” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

  • Daily122
  • Weekly240
  • Monthly1172