Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • 309

İT üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İT üzrə mütəxəssis

  • Истекает 3 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və İT üzrə mütəxəssis vakansiyasını paylaşır.

İş şəraiti: 

  • Məkan: Xankəndi şəhəri
  • İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)

Tələblər:

  • İT və ya müvafiq texniki sahə üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilini səlis, İngilis dilini isə yaxşı səviyyədə bilmək
  • CompTIA A+, Microsoft MCSA / MD-100, ITIL Foundation və ya oxşar İT sertifikatlarına sahib olmaq
  • İT avadanlıqlarında ilkin diaqnostika və nasazlıqların aradan qaldırılması bacarığı
  • Remote support alətləri (TeamViewer, AnyDesk və s.) ilə işləmək bacarığı
  • Microsoft 365 (Teams, Outlook, SharePoint) platformasının idarə edilməsi üzrə biliklər
  • Şəbəkə əsasları üzrə biliklər (TCP/IP, DNS, DHCP, VPN, Wi-Fi)
  • Active Directory üzərində istifadəçi hesablarının yaradılması və idarə edilməsi bacarığı
  • Texniki problemləri operativ və müstəqil şəkildə həll etmək bacarığı
  • Analitik düşünmə və məsuliyyətli yanaşma

Öhdəliklər:

  • İT sahəsi üzrə gündəlik texniki dəstək xidmətlərini müstəqil şəkildə həyata keçirmək
  • Kompüter avadanlıqları, şəbəkə və proqram təminatının fasiləsiz işləməsinə nəzarət etmək
  • İT infrastrukturun düzgün və təhlükəsiz fəaliyyətini təmin etmək
  • Sistemlərin quraşdırılması, yenilənməsi və texniki baxışını yerinə yetirmək
  • İstifadəçilərə texniki dəstək göstərmək və yaranan problemləri operativ şəkildə həll etmək
  • Proqram təminatının düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aradan qaldırmaq
  • Şəbəkə və serverlərin stabil fəaliyyətini təmin etmək
  • İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək
  • Məlumatların ehtiyat nüsxələrinin (backup) hazırlanmasını və qorunmasını həyata keçirmək
  • İT avadanlıqlarının qeydiyyatını və texniki vəziyyətinə nəzarəti aparmaq
  • İstifadəçilərin sistem və proqramlardan düzgün istifadəsi üzrə dəstək göstərmək
  • Fövqəladə texniki problemlərə operativ müdaxilə etmək
  • Rəhbərliyə İT sistemlərin vəziyyəti barədə məlumat vermək və hesabat hazırlamaq
  • Avadanlıq və proqram təminatının təhlükəsiz istismar qaydalarına riayət olunmasını təmin etmək

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “İT üzrə mütəxəssis, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.

  • Daily29
  • Weekly446
  • Monthly1830