Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Məktəb Həkimi vakansiyasını paylaşır!
İş şəraiti:
- Məkan: Xankəndi şəhəri
- İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)
Tələblər:
- Tibb sahəsi üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək
- Tibbi fəaliyyət üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malik olmaq
- İlk tibbi yardım və təcili müdaxilə üzrə BLS (Basic Life Support) və ya First Aid sertifikatına malik olmaq
- Məktəb və ya pediatrik sahədə iş təcrübəsi üstünlükdür
- Tibbi sənədləşmə və qeydiyyat sistemləri ilə işləmək bacarığı
- Gigiyena, yoluxucu xəstəliklər və profilaktik tədbirlər üzrə biliklər
- Məsuliyyətli, diqqətli və operativ olmaq
Öhdəliklər:
- Şagird və əməkdaşlara ilkin tibbi yardım göstərmək
- Məktəbdə sağlamlıq və gigiyena qaydalarına nəzarət etmək
- Şagirdlərin sağlamlıq vəziyyətini izləmək və zəruri hallarda valideynləri məlumatlandırmaq
- Təcili tibbi hallarda operativ müdaxilə etmək
- Tibbi sənədlərin və qeydiyyatın aparılmasını təmin etmək
- Məktəbdə istifadə olunan tibbi ləvazimat və dərman vasitələrinə nəzarət etmək
- Yoluxucu xəstəliklər və profilaktik tədbirlər üzrə maarifləndirmə aparmaq
- Tibbi otağın daim hazır və səliqəli vəziyyətdə saxlanılmasını təmin etmək
- Aidiyyəti dövlət qurumları və tibb müəssisələri ilə zəruri koordinasiyanı həyata keçirmək
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Məktəb Həkimi, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.