Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Qazanxana Operatoru vakansiyasını paylaşır.
Vakansiya sayı: 3
İş şəraiti:
- Məkan: Xankəndi şəhəri
- İş qrafiki: Növbəli iş qrafiki
Tələblər:
- Ali və ya orta ixtisas təhsilinə malik olmaq
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinə malik olmaq
- Qazanxana avadanlıqları və texniki təhlükəsizlik qaydaları üzrə biliklərə malik olmaq
- Yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək bacarığına malik olmaq
- Müvafiq sahə üzrə sertifikat və ya peşə hazırlığı sənədinə malik olmaq
- Növbəli iş qrafiki ilə işləmək bacarığına malik olmaq
- Məsuliyyətli və intizamlı olmaq
Öhdəliklər:
- Qazanxananın işinə gündəlik nəzarət etmək
- Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək
- Nasazlıqları vaxtında müəyyən etmək və məlumat vermək
- İstilik sisteminin normal işləməsini təmin etmək
- Təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
- Növbəni təhvil almaq və növbəni təhvil vermək
- Qazanxana sahəsinin təmizliyini təmin etmək
- Fövqəladə hallarda operativ müdaxilə etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Qazanxana Operatoru, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.