Tələblər:
- Müvafiq ixtisas üzrə ali təhsili (Skripka ifaçılığı);
- Skripka müəllimi kimi iş təcrübəsi;;
- Şagirdlərlə fərdi işləmək və onların səviyyəsinə uyğun repertuar seçmək bacarığı;
- Tədris plan və proqramlarına uyğun işləmək bacarığı;
- Ansambl və orkestr fəaliyyətində iştirak təcrübəsi;
- Şagirdləri müsabiqə və festivallara hazırlamaq bacarığı;
- Metodik sənədlərlə işləmək bacarığı;
- Valideyn və şagirdlərlə effektiv ünsiyyət qurmaq bacarığı;
- Yüksək məsuliyyət, punktuallıq və təşkilatçılıq bacarığı;
- Komandada işləmək bacarığı;
Öhdəliklər:
- Şagirdlərə skripka ifaçılığının əsaslarını (duruş, yay texnikası, barmaq yerləşməsi və s.) öyrətmək
- Fərdi dərslər keçmək və şagirdin səviyyəsinə uyğun repertuar seçmək
- Müntəzəm məşqlər və ev tapşırıqları vermək
- İmtahan və hesabat konsertlərinə hazırlıq aparmaq
- İstedadlı şagirdləri müsabiqə və festivallara yönləndirmək
- Konsert və tədbirlərdə iştirak etmək
- Məktəbdaxili konsertlərin təşkili və hazırlanmasında iştirak etmək
- Şagirdləri səhnə mədəniyyətinə və kollektiv ifaya hazırlamaq
- Ansambl və orkestr məşqlərində iştirak etmək
- Tədris plan və proqramlarına uyğun işləmək
- Metodik sənədlərin hazırlanması
- Valideynlərlə əməkdaşlıq etmək
- Şagirdin inkişafı barədə valideynləri məlumatlandırmaq
- Məşq rejimi və irəliləyiş haqqında tövsiyələr vermək
- Dərs cədvəlinə riayət etmək
- Şagirdlərin davamiyyətinə nəzarət etmək
- Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları icra etmək.
Biz təklif edirik:
- Bazar dəyərinə uyğun əmək haqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected] və [email protected] ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Skripka Müəllimi” vəzifəsini qeyd etməyiniz xahiş olunur.