Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • 249

SMM və kontent üzrə mütəxəssis, reelsmaker

  • Истекает 3 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və SMM və kontent üzrə mütəxəssis, reelsmaker vakansiyasını paylaşır.

İş şəraiti:

  • Məkan: Xankəndi şəhəri
  • İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Ali təhsil (Müvafiq sahə üzrə təhsil üstünlükdür)
  • Sosial media idarəçiliyi, məzmun yaradılması və ya rəqəmsal marketinq sahəsində minimum 1-2 il iş təcrübəsi
  • Kreativ düşüncə və vizual, cəlbedici məzmunlar yaratmaq qabiliyyəti
  • Kontent planlaşdırma və paylaşım alətləri ilə təcrübə (Meta Business Suite və s.)
  • Video kontent üçün ssenari və hekayə qurmaq bacarığı
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
  • Qısa video kontentlərin (Instagram Reels, TikTok və s.) hazırlanması və montajı üzrə praktiki bacarıq
  • Agentlik və ya brend ilə iş təcrübəsi üstünlükdür.

Öhdəliklər:

  • Sosial media üçün aylıq kontent planının hazırlanması və icrası (Instagram, Facebook, LinkedIn, TikTok və s.)
  • Kreativ və brendə uyğun məzmunların hazırlanması və paylaşılması 
  • Tədbirlərdə, layihələrdə və gündəlik iş proseslərində sosial media üçün foto/video çəkilişlərin təşkili
  • Trend mövzuların izlənməsi və tətbiqi
  • Brend tonuna uyğun mətnlərin yazılması
  • İzləyicilərlə interaktiv əlaqə qurmaq, suallara cavab vermək və mesajları idarə etmək
  • Sosial media statistikasının izlənməsi və aylıq hesabatların hazırlanması
  • Brendin rəqəmsal imicini gücləndirmək üçün yeni ideyalar təklif etmək
  • Qısa video kontent üçün kreativ konseptlər, skriptlər və storyboard hazırlamaq.
  • Keyfiyyətli video çəkilişi həyata keçirmək və videoları uyğun tətbiqlərdə montaj etmək.
  • Gündəlik story materialların çəkilməsi və sosial medianın işinə dəstək

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “SMM, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.

  • Daily109
  • Weekly526
  • Monthly1911