Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  • 549
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Təhsil , Təlim və peşəkar inkişaf

Stok Kontroller

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Stok Kontroller

  • Deadline 13 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151

İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Ali təhsil(Logistika, Təchizat, Anbar təsərrüfatı, Mühasibat uçotu və ya müvafiq sahələr üzrə təhsil üstünlükdür);
  • Anbar təsərrüfatı, stokun idarə edilməsi və ya material uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
  • Anbar uçotu, mal-materialların qəbulu, saxlanılması və təhvil verilməsi prosesləri üzrə biliklər;
  • İnventarizasiya və stok qalıqlarının yoxlanılması üzrə praktiki bacarıqlar;
  • Mal və materialların sənədlərinin (qaimə, təhvil-təslim aktı, sifariş sənədləri və s.) yoxlanılması və düzgün rəsmiləşdirilməsi bacarığı;
  • MS Excel proqramı ilə işləmək bacarığı (stok hesabatlarının hazırlanması və məlumatların qeydiyyatı);
  • Anbar uçotu və ya ERP proqramları ilə işləmək təcrübəsi üstünlükdür;
  • Analitik düşünmə, diqqətlilik və detallara yüksək həssaslıq;
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı;
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
  • Məsuliyyətlilik, dürüstlük və etibarlılıq.

Öhdəliklər:

  • Anbar uçotunun təşkil olunmasını həyata keçirmək
  • Anbarda mövcud olan əmlakı qorumaq
  • Anbarda mövcud olan materiallarla bağlı operativ olaraq rəhbərliyə məlumatları təqdim etmək və inventarizasiyanı aparmaq
  • Anbarda mal və materiallar məhdud olan zaman sifarişi vaxtında hazırlamaq və Təchizat üzrə koordinatora sifarişi təqdim etmək
  • Satıcı (Vendor) şirkətlərdən gələn mal və materialların sənədlərini yoxlamaq
  • Mal və materialları fiziki olaraq yoxlamaq və kodlaşdırmaq
  • Sifarişçi tərəfindən sifariş edilmiş mal və materialların vaxtında sifarişçiyə təhvil verilməsinə nəzarət etmək

Biz təklif edirik:

  • Rəqabətədavamlı əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər. E-poçtun mövzu hissəsində “Stok Kontroller” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

  • Daily6
  • Weekly344
  • Monthly923