Vəzifə haqqında:
- High Result Academy komandası yaradıcı baxışa malik, dinamik və peşəkar mobiloqraf axtarır. Bu vəzifə akademiyanın sosial media platformaları üçün keyfiyyətli vizual və video kontentlərin hazırlanması, çəkiliş və montaj proseslərinin idarə olunmasını əhatə edir.
- Namizəd həm çəkiliş, həm də kontent ideyalarının yaradılması və yazılı təqdimatında aktiv rol oynayacaq.
Əsas vəzifə öhdəlikləri:
- Akademiyanın sosial media kanalları üçün video və foto kontentlərin hazırlanması;
- Təlim, tədbir və promo videolarının çəkilməsi və montajı;
- CapCut və bənzər proqramlarda peşəkar səviyyədə redaktə və montaj işlərini yerinə yetirmək;
- Kontent ideyalarının hazırlanması, ssenari yazmaq və təqdim etmək;
- Akademiyanın brend tonuna uyğun vizual tərz və konseptlər yaratmaq;
- Çəkilişlər zamanı işıq, kadr və səs keyfiyyətinə nəzarət etmək;
- Sosial media trendlərini izləmək və müasir yanaşmaları tətbiq etmək.
Namizədə tələblər:
- iPhone 16 Pro və ya daha yeni model telefona sahib olmaq;
- CapCut və ya oxşar montaj proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
- Foto və video çəkiliş texnikalarına dair bilik və təcrübə;
- Yaradıcı düşüncə tərzi, müasir vizual trendləri izləmək və tətbiq etmək bacarığı;
- Kontent ideyalarını müstəqil şəkildə hazırlamaq və təqdim etmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü iş prinsipi;
- Komanda ilə koordinasiyada işləmə bacarığı.
Təklif etdiyimiz imkanlar:
- 500–800 AZN arası əməkhaqqı + bonus sistemi;
- Müasir təhsil və media mühitində çalışmaq imkanı;
- Akademiyanın yerli və beynəlxalq səviyyəli layihələrində iştirak;
- Yaradıcı ideyaların reallaşdırılması üçün sərbəstlik və dəstək;
- Peşəkar inkişaf və portfolionun genişləndirilməsi imkanı.
Müraciət qaydası:
- CV-nizi və portfolionuzu (çəkiliş və montaj nümunələri ilə birlikdə) Müraciət et bölməsində göstərilən e-poçt ünvanına göndərin.
- Mövzu hissəsində “Mobiloqraf / Kontent Yaradıcısı” qeyd edin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.