İş barədə məlumat
Hikvision MMC marketinq komandasına “Rəqəmsal marketinq mütəxəssisi” vakansiyası elan edir.
- Sosial media üçün aylıq post planının hazırlanması, hazırlanan postların qrafikə uyğun düzgün şəkildə paylaşılması.
- Sosial media reklamlarının yaradılması və optimallaşdırılması (Facebook, Instagram, YouTube, Tik-Tok və s.)
- Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə və video çəkilişlərə nəzarət etmək.
- Post plan üzrə brifləri kreativ komandaya anlaşıqlı şəkildə tam izah etmək.
- Rəqəmsal bazarda trendləri, yenilikləri izləmək və tətbiq etmək.
- Məlumat bazasını düzgün idarə etmək. CRM sistemini izlemek və idarə etmək.
- Google Search, Google Display, Sosial media, YouTube video reklamları, SMS marketinqi ilə əlaqəli bütün rəqəmsal marketinq fəaliyyətlərini icra etmək.
- Müxtəlif rəqəmsal marketinq kanalları üzərindən kommunikasiyaların qurulması.
- Aylıq hesabatları hazırlamaq.
- Kreativ və cəlbedici marketinq kampaniyası ideyalarının hazırlanmasında iştrak etmək.
- Kotegoriyalar uzre reklamlari ayarlamaq
- Karyera və əmək haqqı yüksəlişi.
İş şəraiti
- İş qrafiki: Həftədə 6 gün, şənbə qısa iş günü, bazar günü istirahət.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq 1000-1500 azn.
Namizədə tələblər
- Rəqəmsal marketinq sahəsində ən azı 3-5 il iş təcrübəsi
- IT Elektronika sahəsində baza biliklərinin olması böyük üstünlükdür.
- Ofis proqramlarından sərbəst istifadə bacarıqları
- Azərbaycan dili , rus dili və səlis ingilis dili – arzuolunandır
- Google Analytics, Google Ads, Tag Manager, SEO alətləri, Meta Ads, YouTube Ads istifadə bacarıqları
- Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi
- Komandada işləmə, həmçinin sərbəst qərarvermə bacarığı
- Şirkətin bütün məhsullarını mükəmməl formada öyrənmək
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Rəqəmsal marketinq mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.