H Hikvision Co
  • 900

Hikvision Co

Бизнес

Satınalma və təchizat üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satınalma və təchizat üzrə mütəxəssis

  • Истекает 27 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Hikvision Co” MMC  2013-ci ildən kommersiya, dövlət və sənaye obyektləri üçün təhlükəsizlik sistemlərinin layihələndirilməsi, quraşdırılmasını və texniki dəstəyi üzrə fəaliyyət göstərir. Şirkət yarandığı gündən etibarən bazarın daim təhlilinə, mövcud və potensial müştərilərin mümkün tələbatlarını müəyyənləşdirməyə, yeni məhsulların tətbiqi və istehsalat fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi önəm vermişdir.

İş barədə məlumat:

  • Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, texniki məlumat və qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi
  • Tədarükçülərlə müqavilələrin bağlanması
  • Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması
  • Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması
  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 gün Saat 09:45-dən -18:45-dək (şənbə günü növbəli, bir həftədən bir)
  • Əmək haqqı: 1000- 1200 AZN
  • Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)

Namizədə tələblər:

  • Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir)
  • Səlis azərbaycan dili (rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilir)
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı
  • İT , texnologiyalar haqqında məlumatlara sahib olmaq
  • İşgüzar ünsiyyət etikası
  • Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
  • Komandada işləmək bacarığı
  • İş təcrübəsi: Minimum 3 il  
  • Yaş:   25- 35

Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Rəqabətli əmək haqqı və müavinətlər paketi
  • Yeni ideya və yanaşmalara açıq mühit

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly39
  • Monthly27