Camaşırxana işçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Camaşırxana işçisi

  • Deadline 4 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çamaşırxana işçisi çamaşırxana əməliyyatlarına dəstək göstərmək və qonaqlara yüksək səviyyəli xidmət təqdim etmək məqsədilə ütüləmə, tikiş və bu kimi xidmətləri yerinə yetirir.

Mən nə edəcəm?

Çamaşırxana işçisi kimi sizin əsas vəzifəniz çamaşırxana işlərinə dəstək göstərmək və qonaqlara ütüləmə, tikiş və digər oxşar xidmətlər təqdim etməklə əla qonaq təcrübəsi təmin etməkdir. Bundan əlavə, çamaşırxana işçisi qonaq sorğularını idarə etmək və cavablandırmaqdan da məsul olacaq. 

Xüsusilə, siz aşağıdakı vəzifələri ən yüksək standartlara uyğun yerinə yetirmək üçün məsuliyyət daşıyacaqsınız:

  • Zərurət olduqda çamaşırxanada bütün işlərə dəstək göstərmək
  • Çamaşırların yuyulması, qatlanması və düzgün şəkildə saxlanılmasını təmin etmək
  • Qonaq sorğularını otelin brend standartlarına və müəyyən olunmuş müddətinə uyğun icra etmək
  • Qonaqlara çamaşır yuma, ütüləmə, tikiş və digər oxşar xidmətlər təqdim etmək
  • Çirkli və zədələnmiş camaşırları xüsusi torbalarda saxlamaq və düzgün şəkildə utilizasiya etmək
  • Çamaşırxana otağını və uniforma anbarını təmiz və qaydasında saxlamaq – mərtəbələrdə hər növ camaşır üçün kifayət qədər ehtiyatın olmasını təmin etmək
  • Kimyəvi maddələri düzgün şəkildə istifadə etmək və saxlamaq
  • Texniki nasazlıqlar və təhlükə yarada biləcək hallar barədə hesabat vermək
  • Otel təhlükəsizliyinə, yanğın qaydalarına və bütün sağlamlıq və təhlükəsizlik prosedurlarına əməl etmək

Biz nə axtarırıq?

Bu rolu uğurla yerinə yetirmək üçün siz aşağıdakı münasibəti, davranışları, bacarıqları və dəyərləri qorumalısınız:

  • Müsbət yanaşma
  • Yaxşı ünsiyyət bacarığı
  • Təzyiq altında işləmək bacarığı
  • Fərdi şəkildə və komandada işləmək bacarığı
  • Qonaq sorğularına cavab vermək və yüksək səviyyəli xidmət təqdim etmək
  • Müvafiq vəzifədə iş təcrübəsi

Vakansiya ilə maraqlanan namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Hilton üçün işləmək necə olacaq?

Hilton, tam xidmət göstərən dəbdəbəli otellər və kurortlardan tutmuş uzun müddətə qalmaq üçün suitlərə və orta qiymətli otellərə qədər yaşayış sektorunu əhatə edən aparıcı qlobal qonaqpərvərlik şirkətidir. Bir əsrdən artıqdır ki, Hilton biznes və istirahət üçün səyahət edənlərə yaşayış, xidmət, şərait və dəyər baxımından ən yaxşısını təklif edir. Hilton özünün qlobal brendlərində müstəsna qonaq təcrübəsi təqdim etmək ənənəsini davam etdirməyə sadiqdir. “Yer üzünü qonaqpərvərliyin işığı və istiliyi ilə doldurmaq” vizyonumuz bizi hər gün bütün dünyada möhtəşəm qonaqpərvərlik təcrübələri yaratmaq üçün bir komanda kimi birləşdirir. Və bizim heyrətamiz komanda üzvlərimiz hər şeyin mərkəzindədir!

  • Daily124
  • Weekly304
  • Monthly1029