Hilton Garden Inn Agdam Hilton Garden Inn Agdam
  • 407

Hilton Garden Inn Agdam

Hotels, Restaurants & Leisure

Texniki şöbənin Baş mühəndis müavini

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Texniki şöbənin Baş mühəndis müavini

  • Истекает 22 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əmək funksiyası: 

  • Texniki şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması, gündəlik texniki yoxlamaları və təmir işlərini idarə etmək;
  • Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsini və nəzarətini təşkil etmək;
  • Texniki tapşırıqlar, planlaşdırılmış texniki xidmət və təmir işlərini şöbənin əməkdaşları arasında bölüşdürmək;
  • Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişini əvvəlcədən planlaşdıraraq icra etmək;
  • Qurğu və avadanlıqlara profilaktik texniki xidmət,  qonaq otaqlarında texniki xidmətlərin yerinə yetirilməsini planlaşdırmaq və idarə etmək;
  • Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
  • Yanğın xəbərdarlıq, yanğına nəzarət sistemlərini davamlı nəzarət etmək və çatışmazlıqları aradan qaldırmaq;
  • Texniki şöbənin əməkdaşları ilə illik fəaliyyət göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq və öz peşəkar inkişaf hədəflərinə nail olmaqda onlara dəstək olmaq;
  • Bütün əməkdaşların onlar üçün nəzərdə tutulmuş təlimat və qaydaları tam olaraq başa düşdüklərini və onlara riayət etmələrini təmin etmək;
  • Əməkdaşları yaradıcı və novator olmağa təşviq etmək, müəssisənin və şöbənin müvəffəqiyyət qazanması üçün onları stimullaşdırmaq və rəğbətləndirmək;
  • Texniki şöbənin müntəzəm daxili hesabat görüşlərində iştirak etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsini təmin etmək;
  • Texniki şöbənin xarici görünüşlə bağlı tələbləri bilməsi, müvafiq uniformanı geyməsi, xarici görünüş və gigiyena ilə bağlı yüksək standartlara cavab verməsini təmin etmək;
  • Tələb olunduqda, Baş mühəndisi əvəz etmək və əməliyyatla bağlı bütün məsələlərdə iştirak etmək;
  • Şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək və təsdiq olunduqda icrasını həyata keçirmək;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
  • Tabeliyində olan əməkdaşların işində fərqləndiyinə görə mükafatlandırılması və ya nizam-intizam qaydalarınin pozulmasına görə tənbeh edilməsi barədə rəhbərliyə məlumat vermək, ixtisasartırma və təlimlərə ezam olunması barədə təqdimatlar vermək;
  • Şöbənin tələblərə uyğun fəaliyyətini təşkil etmək məqsədilə digər şöbələr ilə qarşılıqlı əlaqə qurmaq;
  • Qonaqpərvərlik standartlarına riayət etmək, qonaqlarla əlaqədar texniki xidmət sorğularının vaxtlı-vaxtında tamamlanmasını təmin etmək;
  • Xidmətlərin təkmilləşdirilməsi, xərclərin azaldılması, keyfiyyətin yaxşılaşdırılması, risklərin azaldılması, texniki qulluq və iş yerinin effektivliyinə təsir edən digər müvafiq amillərə yönəlmiş təşəbbüsləri fəal şəkildə müəyyənləşdirmək və tövsiyə vermək;
  • Texniki şöbənin lazımi əməkdaşları üçün müvafiq sertifikatların və lisenziyaların alınmasını idarə etmək;
  • Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunmasına yardım etmək, hər hansı uyğunsuzluq aşkar edildikdə, bu barədə rəhbərliyə xəbər vermək;
  • Biznesin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi və çevik iş qrafikinin tərtib edilməsi yoluyla əməkdaşların məhsuldarlığını artırmaq;
  • Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlıqları təhlükəsiz və effektiv tərzdə istismar etmək;
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
  • Texniki şöbənin bütün qeydiyyat jurnallarının qeydlərinə nəzarət etmək və onları yoxlamaq;
  • Texniki şöbənin effektiv idarə edilməsini təmin etmək üçün illik CAPEX və OPEX büdcələrini formalaşdırmaq, idarə etmək və nəzarət etmək;
  • Texniki şöbənin daxili hesabat görüşlərində müntəzəm iştirak etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsini təmin etmək;
  • Kapital qoyuluşu və əməliyyat xərcləri ilə bağlı dəqiq və vaxtında proqnozlar yaratmaq üçün əməliyyat qruplarına dəstək vermək;
  • Bütün enerjiyə qənaət prosedurlarının icrasına nəzarət etmək və hər hansı uyğunsuzluq və ya pozuntular haqqında rəhbərliyə xəbər vermək;
  • Aylıq kommunal xidmətlərə dair (elektrik enerjisi, qaz, su) müqayisəli sərfiyyat hesabatları hazırlamaq və kommunal xidmətlərin bütün ölçü-nəzarət cihazlarının düzgün kalibrlənməsini mütəmadi olaraq yoxlamaq;
  • Texniki ehtiyat hissələri və ləvazimatların əldə edilməsi məsələsində maddi-texniki təchizat şöbəsinə kömək etmək;
  • Satınalma üçün sorğular hazırlamaq və maddi-texniki təchizat şöbəsi ilə birlikdə onu icra etmək;
  • Müəyyən edilmiş texniki plana uyğun müvafiq texniki servislərin təşkil olunmasını və podratçılara koordinasiyasını idarə etmək;
  • Bütün əməkdaşların daxili qaydalara və təlimatlara, texniki təhlükəsizlik, SƏTƏM-lə bağlı siyasət və prosedurlara riayət etmələrini təmin etmək;
  • Fövqəladə halların aradan qaldırılması üzrə tədbirlər, habelə bütün həyat təhlükəsizliyi, yanğından mühafizə sistemlərinin istismarı, texniki xidmətinə dair planın hazırlanması və icrasına kömək etmək;
  • Bütün təhlükəli texniki işlərə nəzarət etmək və texniki təhlükəsizlik prosedurlarına ciddi riayət olunduğunu təmin etmək;
  • Ətraf mühit problemləri haqqında məlumatlandırma və ətraf mühitin mühafizəsi ilə bağlı proqramların monitorinqi və idarə edilməsinə kömək etmək, hotel çərçivəsində bütün şöbələrin müvafiq təlimatlara riayət etməsini təmin etmək;
  • Müvafiq təlim, maarifləndirmə və ya təlimlər yolu ilə texniki şöbənin bütün əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirmək və onların effektivliyini yüksəltmək;
  • Şöbə əməkdaşları ilə illik Fəaliyyətin dəyərləndirilməsi müzakirələrini həyata keçirmək və onların peşəkar inkişafı üçün qarşılarına qoyulmuş məqsədlərə nail olmalarını dəstəkləmək;
  • İnsan Resursları şöbəsi və texniki şöbədaxili təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları yaratmaq və həyata keçirmək;
  • Uğurlu və davamlı idarəetmə tapşırıqları üçün əməkdaşları işə götürmək, qiymətləndirmək və inkişaf etdirmək;
  • TABIA Group dəyərlərini nümayiş etdirməklə müəssisənin fəaliyyətinin həyata keçirməsində fəal iştirak etmək;

Tələblər:  

  • Təhsil: Ali təhsil.
  • İş təcrübəsi: Texniki şöbə sahəsində ən azı 3 il iş təcrübəsi.
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili biliyinin olması vacibdir.
  • İş yeri Ağdam şəhərində yerləşir.

Uyğun namizədlər zəhmət olmazsa, CV-lərini “Baş mühəndisin müavini” qeyd edərək, Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.

  • Daily19
  • Weekly504
  • Monthly1936