Hilton Garden Inn Baku Hilton Garden Inn Baku
  • 233

Mexanik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik

  • Deadline 5 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və kariyeranızı inkişaf etdirin!

İş barədə məlumat:

  • Şöbə: Texniki
  • Ünvan: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Gündəlik texniki yoxlamaları, texniki qulluq və təmir işlərində iştirak etmək;
  • Bütün texniki ərazilər, kommunikasiya otaqları, mətbəxlər, camaşırxana, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün texniki xidmət fəaliyyətlərini yerinə yetirməkdə Mexanik qrup rəhbərinə və Baş Mühəndis müavininə köməklik göstərmək
  • Profilaktik texniki qulluq proqramlarının icrasına kömək etmək
  • Texniki maşın və avadanlıqların istismarına, kommunal xidmətlərdən istifadəyə nəzarət etmək, enerjiyə qənaət olunmasını təbliğ və təmin etmək, hər hansı uyğunsuzluq və ya pozuntular haqqında rəhbərliyə xəbər vermək
  • Müvafiq hallarda kənar podratçılar ilə birgə avadanlıqlar və qurğularla bağlı xüsusi layihələrin yerinə yetirilməsinə kömək etmək
  • Qeydiyyat jurnallarında qeyd edildiyi kimi və ya digər formada tələb olunduqda, bütün hava kondisionerləri və soyuducu avadanlıqların təzyiq, temperatur və digər tələb edilən göstəricilərini qeydə almaq
  • Boru kəmərlərində qaz sızmaları, buxar sızmaları, su sızmaları, drenaj xətlərində tutulmalar kimi nöqsanların aradan qaldırılması ilə bağlı xidmətləri həyata keçirmək
  • Çiller qurğuları, su yumşaldıcı qurğular, drenaj nasosları, üzgüçülük hovuzları nasosları və xlorlama filtr sistemləri avadanlıqlarına texniki xidmət və təmir işlərini həyata keçirmək

Tələblər:

  • Müvafiq sahədə iş təcrübəsi;
  • Səmimi davranış və peşəkar münasibət;
  • Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti;

İşçinin təminatları:

  • Qidalanma (işçi yeməkxanasında);
  • Tabia Group tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily11
  • Weekly672
  • Monthly679