Himalay 2022 MMC daxili layihələrin icrası məqsədilə yaradılan Layihə–Konstruktor–Dizayn şöbəsi üçün Baş Konstruktor vəzifəsi üzrə vakansiya elan edir.
Qeyd: Bu vakansiya outsourcing və ya reklam yönümlü iş deyil. Namizəd real mühəndislik və real layihələr üzərində fəaliyyət göstərəcəkdir.
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin daşıyıcı konstruksiya hissələrinin hesablanması və layihələndirilməsi
- Mühəndislik hesabatlarının və işçi çertyojların hazırlanmasına rəhbərlik
- Memar və digər mühəndislərlə birgə texniki həllərin işlənməsi
- Tikinti prosesinə texniki nəzarət və uyğunluğun yoxlanılması
- Normativ sənədlərə və keyfiyyət standartlarına riayət olunmasına nəzarət
Namizədə tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi / Konstruktor ixtisası üzrə)
- Minimum 2 il peşəkar iş təcrübəsi
- SAP2000, ETABS, Tekla və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı
- Beton və metal konstruksiyalar üzrə biliklər
- Hesablama və texniki məsuliyyət
- Məsuliyyətli və qərarvermə qabiliyyəti yüksək
- Layihə sənədləşməsi və komanda ilə effektiv ünsiyyət bacarığı
Əməkhaqqı: 2000 – 2500 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
Müraciət qaydası: Namizədlərdən aşağıdakı sənədləri Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- CV
- (Mümkün olduqda) iş nümunələri / portfolio
WhatsApp: 050 806 70 56
Zəng üçün vaxt aralığı: 09:00 – 18:00 (️Xahiş olunur, qeyd olunan saatlardan kənar vaxtlarda narahat edilməsin).