Himalay 2022 MMC daxili layihələrin icrası məqsədilə yaradılan Layihə–Konstruktor–Dizayn şöbəsi üçün CAD Operator vəzifəsi üzrə vakansiya elan edir.
Qeyd: Bu vakansiya outsourcing və ya reklam yönümlü iş deyil. Namizəd real mühəndislik və real layihələr üzərində fəaliyyət göstərəcəkdir.
Vəzifə öhdəlikləri:
- Texniki çertyojların AutoCAD proqramında hazırlanması və redaktəsi
- Verilmiş ölçülərə və texniki tapşırıqlara uyğun işləmək
- Layihə sənədlərinin düzgün və səliqəli hazırlanması
- Dəyişikliklərin operativ şəkildə icrası
- Texniki komanda ilə koordinasiya
Namizədə tələblər:
- AutoCAD proqramında praktiki bilik
- 2D texniki çertyoj oxuma bacarığı
- Detallara diqqət və məsuliyyət
- Tapşırıqları vaxtında icra etmək bacarığı
Üstünlük verilir:
- 3D proqram bilikləri (SolidWorks, Fusion 360 və s.)
- Müvafiq sahədə iş təcrübəsi
- Texniki sahə üzrə təhsil
Əməkhaqqı: 1000 – 1300 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
Müraciət qaydası:
Namizədlərdən aşağıdakı sənədləri Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- CV
- (Mümkün olduqda) iş nümunələri / portfolio
WhatsApp: 050 806 70 56
Zəng üçün vaxt aralığı: 09:00 – 18:00 (️Xahiş olunur, qeyd olunan saatlardan kənar vaxtlarda narahat edilməsin).