Himalay 2022 Himalay 2022
  • 197

Himalay 2022

Logistika

Memar-dizayner

  • Истекает 17 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

2020-ci ildə qurulan şirkətimiz, tikinti materialları sahəsində sürətlə lider mövqeyə yüksəlir. Keyfiyyət, etibarlılıq və innovasiyaya fokuslanaraq, üç əsas müəssisə vasitəsilə fəaliyyət göstəririk: "Himalay 2022", "Himalay Beton" və "Luxoil Company". Tikinti sahəsindəki bölmələrimiz Bakıdakı qabaqcıl beton istehsalı müəssisələri ilə tanınır və regiondakı böyük layihələri yüksək keyfiyyətli materiallarla təmin edir. Biz innovasiya və davamlı inkişaf yolu ilə böyüməyə davam edərək, həm regional, həm də beynəlxalq bazarlarda genişlənməyi hədəfləyirik.

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (elektron versiyalı prezentasiya materialları) hazırlanması.
  • Müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahədə 5 il iş təcrübəsi (tikinti şirkətlərində və aparcı memarlıq şirkətlərində iş təcrübəsinin olması mütləqdir);
  • AutoCAD, 3Dmax, Microsoft və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı və idarəetmə bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
  • Tikinti sahəsində qüvvədə olan AR norma və qaydaları , praktik həlləri bilmək,
  • Baş planların hazırlanması

Bilməlidir:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi
  • Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması,
  • İlkin eskizin/cizginin hazırlanması
  • Layihənin memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması
  • Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması
  • Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması
  • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi
  • Memarlıq həlli, Eksteryer, Landşaft və işçi layihə işlərini bilmək
  • Layihənin memarı iş həcmlərin çıxarılması, əraziyə baxışların keçirilməsi və ölçülərin götürülməsi
  • Ali təhsil (müvafiq sahədə);
  • Baş memar vəzifəsində iş təcrübəsi (5 il);
  • Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit ,SketchUp, Adobe ,3DsMax və s. ;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5gün / 09:00 – 18:00; 6gün / 09:00 – 15:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı İşçinin bilik səviyyəsinə görə razılaşma əsasında qərar veriləcək
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Tələblərə uyğun olan namizədlər müraciət etmək üçün Müraciət Et düyməsində göstərilən mail ünvanına cv-lərin yönləndirə bilərlər.

  • Daily0
  • Weekly349
  • Monthly1645