Əmək haqqı mühasibi

  • Истекает 12 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamıza əmək haqqının hesablanması və uçotu üzrə diqqətli, məsuliyyətli mühasib axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Əmək haqqı, məzuniyyət haqqı, mükafat və digər ödənişlərin hesablanması;
  • İş vaxtı tabelinin yoxlanılması və hesablamaların aparılması;
  • Əmək haqqı üzrə tutulmaların hesablanması;
  • Müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Əmək haqqı sənədlərinin uçotu və məlumatların məxfiliyinin qorunması;
  • İnsan resursları və maliyyə komandaları ilə koordinasiyalı iş.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə təhsil;
  • Əmək haqqının hesablanması sahəsində iş təcrübəsi;
  • Əmək və vergi qanunvericiliyinin əmək haqqına aid müddəaları üzrə biliklər;
  • MS Excel və mühasibat proqramları ilə işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyət və son tarixlərə riayət etmək bacarığı.

İş şəraiti

  • Aylıq əmək haqqı: 1 200 AZN
  • İş yeri: Mehdiabad qəsəbəsi, Novxanı yolu
  • İş qrafiki: 6 günlük

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində “Əmək haqqı mühasibi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily24
  • Weekly112
  • Monthly969