Kiçik Nəzarət - Ölçü Cihazları (NÖC) üzrə Texnik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik Nəzarət - Ölçü Cihazları (NÖC) üzrə Texnik

  • Deadline 2 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: Elektrik və Avtomatika

Əsas vəzifələr: 

  • Avadanlıqların təmirində iştirak edir və profilaktik qulluğunu aparır.
  • Profilaktik tədbirlər üzrə texniki xidmət qrafikini hazırlayır
  • Hazırlanmış cәdvәlә әsasәn nәzаrәt ölçü аvadanlıqlarının kalibrasiyasına dəstək göstərir.
  • Hazırlanmış cәdvәlә әsasәn nәzаrәt ölçü аvadanlıqlarının yoxlanılmasının yerinә yetirilmәsi.
  • Həmin avadanlıqların təmiri üçün təyin olunmuş material və ehtiyat hissələrini qənaətlə işlədir.
  • Həmin avadanlıqların təmiri üçün lazım olan material və ehtiyat hissələri haqqında vaxtında məlumat verir.
  • Rəhbəri tərəfindən verilən göstərişə və təlimata uyğun olaraq bütün sement istehsalı texnologiyasına və köməkçi MPN və SDBİ avadanlıqlarının, qaz analizatorlar, nəqliyyat tərəziləri, körpü tipli tərəzilər, tərəzili qidalandırıcılar, sayğaclar, UPS, və s. NÖC cihazlarına nəzarət edir, elektrik xidmətlərinin göstərilməsi, həmin avadanlıqların və bəzi qurğuların quraşdırılmasında iştirak edir.
  • AG-li panellərdə, sensorlarda və digər NÖC avadanlıqlarında tənzimləmələr aparmaq, ehtiyac olduqda nəzarət dövrələrinin və panellərinin quraşdırılmasında iştirak edir.
  • Tələb olunan normalara,qaydalara və standartlara əməl edir
  • Qaz analizatorlar, nəqliyyat tərəziləri, körpü tipli tərəzilər, tərəzili qidalandırıcılar, sayğaclar, UPS, və s. NÖC cihazlarının təqvim qrafikinə uyğun olaraq vaxtaşırı yoxlanılmasını təmin edir.,nəzarət cədvəllərini vaxtında doldurur.
  • Təyin olunmuş xüsusi öhdəliklərini yerinə yetirir.
  • UPS-lərdə təmir işlərinin aparılmasında, akkumulyatorların dəyişdirilməsində bilavasitə iştirak edir.
  • Bütün növ tərəzili qidalandırıcılarda və avtomobil, dəmiryol tərəzilərində təmir işləri aparır.
  • NÖC ilə əlaqəli optik, siqnal, şəbəkə və idarə kabellərini nəzarətdə saxlayır.
  • İnformasiya birləşmə qutularında (İCB) və digər NÖC, MPN, MCC və digər panellərdə və qurğularında səliqə-səhmanın və təmizliyin olmasına diqqət yetirir.
  • İş yerini təmiz saxlayır.
  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.

Tələb olunan keyfiyyətlər:

  • Elektrik və Atomatika sahəsi üzrə orta ixtisas və ya ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

Maraqlananlar CV – lərini, mövzu hissəsində “Kiçik Nəzarət-Ölçü Cihazları (NÖC) üzrə Texnik” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. 

  • Daily0
  • Weekly361
  • Monthly247