Təmir üzrə Elektrik Montyoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təmir üzrə Elektrik Montyoru

  • Deadline 2 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: Elektrik və Avtomatika

Əsas vəzifələr: 

  • Yarımstansiyalarda və digər yüksək, orta və alçaq gərginlikli elektrik avadanlıqların sökülməsi, yığılması, onların əsaslı və cari təmirini aparır.
  • Elektrik avadanlıqların fasiləsiz və keyfiyyətli işini təşkil edir, bunun üçün onların düzgün quraşdırılmasını və xidmətini təmin edir.
  • Yüksək orta və alçaq gərginlikli mühərriklərin mərkəzləşdirilməsi, həmçinin digər avadanlıqlarının sxemlərə uyğun quraşdırılması, onlarda olan defektlərin və nasazlıqları təyin edilməsi və aradan qaldırılması üçün tədbirlər görür
  • Yüksək orta və alçaq gərginlikli mühərriklərin, həmçinin digər avadanlıqlarının təmirindən sonra onların ayrı-ayrı parametrlərinin normaya uyğun olub olmamasını yoxlamaq məqsədilə sınaqların keçirilməsində iştirak edir.
  • Zavodda fəaliyyət göstərən bütün kabel xəttlərinin təmirini, onların montaj və demontaj olunmasını, birləşmə və sonluq muftalarının salınmasıni həyata keçirir.
  • Yüksək orta və alçaq gərginlikli yüksəklikdə olan hava xəttlərinin təmir işlərini aparır, həmçinin onların gərginlikdən azad etməsini və qoşulmasını həyata keçirir
  • İşlək və ehtiyat operativ gərginlik mənbələrinin vəziyyətini daima nəzarət altında saxlayır
  • Avadanlığın rele mühafizə sxemlərinin yoxlanılması, onların təmir olunması və quraşdırılması işini aparır
  • Yarımstansiyalarda və digər elektrik otaqlarda avtomatların, ayırıcı və kəsicilərin elektrik intigallarının, alçaq yüksək və orta gərginlik açarlarının tənzimlənməsi, dəyişdirilməsi və təmiri işlərini aparır
  • Elektrik avadanlıqlarının əsaslı və cari təmirindən sonra onların kompleks sınaqdan çıxarılmasını və onların ekspluatasiyaya buraxılmasına hazırlamaq işini həyata keçirir.
  • Alətlərdən, cihazlardan, qoruyucu vasitələrdən səmərəli istifadə edir və onları tələb olunan qaydada saxlayır.
  • İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.
  • Yarımstansiyanın və digər elektrik otaqlarının təmizliyinə cavabdehdir
  • Quru üsulla işləyən yeni sobanın texnoloji xəttindəki elektrik avadanlıqlarının təmirində, təftişində və istismarında iştirak edir.
  • Elektrik-montaj işlərini görür.
  • Zəruri hallarda növbəli iş rejimi ilə işləyir
  • Zavod ərazisində olan yarımstansiyalarda və elektrik otaqlarda yüksək, orta və alçaq gərginlik avadanlıqlarda təmir işləri yerinə yetirir.
  • Nəzarət Ölcü Cihazlarına aid işləri yerinə yetirir.
  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək

Tələb olunan keyfiyyətlər:

  • Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və istismarı üzrə peşə və ya orta ixtisas təhsili
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Maraqlananlar CV – lərini, mövzu hissəsində “Təmir üzrə Elektrik Montyoru” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. 

  • Daily122
  • Weekly484
  • Monthly370