Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qurulması, həmin prosesə nəzarət edilməsi, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması;
- Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- Digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanması və təqdim edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, məlumatların operativ təqdim edilməsinə nəzarətin təmin edilməsi;
- Daxil olan pul vəsaitlərinin, əsas vəsaitlərin uçotunu aparılmasının təmin edilməsi;
- Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi;
- Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması;
- Müəssisənin xərclərinin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və icrasına nəzarət edilməsi;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə hesabatlarının hazırlanması;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Namizəd üçün Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
- Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA üstünlük hesab olunur;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini və müvafiq normativ aktlar üzrə biliklər;
- Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində dərin biliklərə malik olmaq;
- Microsoft Office proqramlarını və 1C, ERP, proqramını yaxşı səviyyədə bilmək;
- Analitik düşüncə, idarəçilik və təşkilatçılıq bacarıqları, hesabatlılığı aydın təqdim etmək bacarığı.
İş şəraiti
- Əmək haqqı: Müsahibə zamanı təcrübədən asılı olaraq əmək haqqı təyin olunacaq.
- İş qrafiki: 5 günlük iş həftəsi, şənbə - bazar günü qeyri-iş günü.
- İş saatı: 09:00 – 18:00 saatlıq iş rejimi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
Ünvan: Port Baku mall / Crescent mall kəsişməsi,1 ci mərtəbə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.