Holiday in Azerbaijan Holiday in Azerbaijan
  • 165

Səs operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Səs operatoru

  • Deadline 20 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri

  • Tədbir, konsert və digər çəkilişlərin texniki səs təminatının həyata keçirilməsi üçün peşəkar Səs operatoru axtarılır.

Namizədə tələblər

  • Müvafiq sahə üzrə peşə-ixtisas və ya ali/orta ixtisas təhsilinin olması;
  • Səs sistemləri, akustika və səs avadanlıqları haqqında nəzəri və praktiki biliklər;
  • Səs operatoru və ya səs rejissoru kimi ən azı 3 il iş təcrübəsi;
  • Tədbir və konsert zallarının akustik xüsusiyyətlərini bilməsi;
  • Mikrofonlar, səs mikserləri və digər elektroakustik avadanlıqlarla işləmək bacarığı;
  • Səs avadanlıqlarının quraşdırılması və texniki sazlanması üzrə praktiki təcrübə;
  • Komandada işləmək və tədbir zamanı operativ qərar qəbul etmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və texniki problemləri operativ həll etmək bacarığı.

Vəzifə öhdəlikləri

  • Mikrofonların düzgün yerləşdirilməsini və tədbir zamanı optimal istifadəsini təmin etmək;
  • Səs operatoru idarəetmə panelindən səs sistemlərinin idarə olunmasını həyata keçirmək;
  • Studiya daxilində və açıq məkanlarda keçirilən tədbirlərin səs təminatını həyata keçirmək;
  • Məşqlər və tədbirlərdən əvvəl tələb olunan səs avadanlıqlarını hazırlamaq və sazlamaq;
  • Mikrofonların yerləşdirilməsinə və elektroakustik traktın texniki vəziyyətinə nəzarət etmək;
  • Səs səviyyələrinin və keyfiyyətinin tədbir boyu monitorinqini aparmaq;
  • Zəruri hallarda xüsusi səs effektlərindən istifadəni təmin etmək;
  • Tədbir aparıcıları və ifaçıların mikrofonlardan düzgün istifadə etməsinə texniki dəstək göstərmək;
  • Tədbir zamanı yarana biləcək texniki nasazlıqları operativ şəkildə aradan qaldırmaq;
  • Səs avadanlıqlarının düzgün istifadəsini və qorunmasını təmin etmək.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: tədbirlərin qrafikinə uyğun;HİBRİD
  • Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Email-in mövzu hissəsində “Səs operatoru” qeyd etməyiniz xahiş olunur.

  • Daily4
  • Weekly570
  • Monthly1746