Tələblər:
- Ali və ya orta təhsil
- Yaş həddi : 21 - 35yaş
- Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı
- Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti;
- Ən azı 1 il iş təcrübəsi (mebel sahəsində təcrübəsi olanlara üstünlük verilir)
- Xanım namizədlər müraciət etsin
Öhdəliklər:
- Mağazanın satış işini təmin etməlidir;
- Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
- Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
- Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 600 AZN (Net) + bonus
- İş rejimi: 10:00-dan 19:00-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)
- İş yeri: Bakı Təbriz küçəsi 34
Cv-ləri başlıqda “Satış meneceri” yazaraq elektron poçt ünvanına göndərməyiniz xahiş olunur .