Honours Academy Honours Academy
Honours Academy

Honours Academy

Образование

Content Strategist & Creative Producer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Content Strategist & Creative Producer

  • Истекает 2 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Honours Academy, Honours Language Institute və Honours Coffee brendlərinin kontent strategiyasını hazırlayacaq və yaradıcı istehsal prosesini yönləndirəcək Content Strategist & Creative Producer axtarırıq. Bu rolda əsas məsuliyyətiniz brendlərin məqsədlərini auditoriyaya uyğun kontent ideyalarına çevirmək, kontentin keyfiyyət və üslub bütövlüyünü qorumaq, çəkilişlərin hazırlığını və yaradıcı icrasını idarə etmək olacaq.

Əsas vəzifələr:

  • Marketinq prioritetləri əsasında hər üç brend üçün kontent strategiyası, əsas mövzu istiqamətləri və rubrikalar hazırlamaq;
  • SMM mütəxəssisləri ilə birlikdə aylıq kontent planını formalaşdırmaq;
  • Ekspert və təhsil məzmunundan gündəlik həyat və əyləncəli formatlara qədər müxtəlif kontent yanaşmaları hazırlamaq;
  • Komandanın təklif etdiyi ideyaları auditoriya, brend üslubu və kommunikasiya məqsədi baxımından qiymətləndirmək və inkişaf etdirmək;
  • Copywriter ilə birlikdə video konseptlərini, ssenariləri və əsas mesajları işləmək;
  • Çəkiliş məkanını, səhnə quruluşunu, rekvizitləri, iştirakçıların görünüşünü və kadr planını müəyyənləşdirmək;
  • Çəkilişi həyata keçirən SMM mütəxəssislərini və kamera qarşısındakı iştirakçıları yönləndirmək;
  • Motion və qrafik dizaynerlərə aydın yaradıcı briflər təqdim etmək, hazırlanmış materialların konseptə uyğunluğunu yoxlamaq;
  • Təkrarlanan kontent formatları üçün çəkiliş və vizual təqdimat standartları yaratmaq;
  • SMM və Marketing Lead ilə kontentin nəticələrini təhlil etmək, nəticələrə əsasən mövzu və formatları təkmilləşdirmək.

Namizədə tələblər:

  • Kontent strategiyası, kreativ prodüserlik və ya oxşar istiqamətdə praktik təcrübə;
  • İdeyadan yayıma qədər kontent hazırlanması prosesini idarə etmək bacarığı;
  • TikTok, Instagram, YouTube və LinkedIn platformalarının kontent xüsusiyyətlərini anlamaq;
  • Fərqli auditoriya və brendlər üçün uyğun üslub və təqdimat yanaşması seçmək bacarığı;
  • Mürəkkəb mövzuları sadə, maraqlı və etibarlı formada təqdim etmək bacarığı;
  • Kadr kompozisiyası, işıq, səs, səhnə və vizual hekayəçilik prinsipləri üzrə praktik bilik;
  • Azərbaycan dilində güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Komandaya aydın brif vermək, əsaslandırılmış geribildirim təqdim etmək və işləri vaxtında tamamlamaq bacarığı;
  • Görülmüş işləri və həmin işlərdə şəxsi rolunu göstərən portfolio.

Üstünlük veriləcək:

  • Təhsil və xidmət sektorunda kontent təcrübəsinə;
  • Eyni zamanda bir neçə brend üzrə işləmək təcrübəsinə;
  • İngilis dilində araşdırma aparmaq bacarığına;

Komandada iş bölgüsü:

  • Bu vəzifənin əsas məsuliyyəti strategiya və yaradıcı istehsalın yönləndirilməsidir. Çəkilişləri
  • SMM mütəxəssisləri, dizayn və mürəkkəb montaj işlərini isə müvafiq dizaynerlər həyata keçirir.
  • Kamera qarşısında ayrıca iştirakçılar yer alır.
  • Vəzifə birbaşa Marketing Lead-ə tabedir.

İş qrafiki:

  • Həftədə 5 gün: Bazar ertəsi – Cümə;
  • İş saatları: 10:00 – 19:00;
  • Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “Content Strategist & Creative Producer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Portfolioda təqdim etdiyiniz layihələrdə şəxsi rolunuzu qısa şəkildə qeyd edin.

  • Daily17
  • Weekly611
  • Monthly253