Honours Academy Honours Academy
  • 341

Exam Operations Specialist

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Exam Operations Specialist

  • Истекает 1 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Honours Academy” olaraq beynəlxalq standartlara uyğun imtahanların təşkili və idarə olunması sahəsində məsuliyyət daşıyacaq, texniki və inzibati proseslərə nəzarət edə bilən, tələbə yönümlü “Exam Operations Specialist” axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • İmtahan otaqlarının texniki və fiziki cəhətdən hazır vəziyyətə gətirilməsi (kompüter və digər avadanlıqların yoxlanılması, oturacaq planının hazırlanması)
  • İmtahan iştirakçılarının qeydiyyatının aparılması və şəxsiyyətinin yoxlanılması
  • Qadağan olunmuş əşyaların (mobil telefon, qeyd dəftəri və s.) zala daxil edilməməsinə nəzarət
  • İmtahanın başlanma və bitmə vaxtının dəqiq elan olunması, vaxt siqnallarının verilməsi
  • İmtahan prosesində texniki və inzibati problemlərə operativ şəkildə müdaxilə edilməsi
  • Zalda fiziki olaraq və/və ya kamera vasitəsilə iştirakçıların müşahidə olunması
  • Qayda pozuntuları olduqda müvafiq protokollar üzrə qeydiyyatın aparılması
  • İmtahan sonrası sistem “log”larının və digər materialların təhlükəsiz şəkildə toplanması
  • Mümkün insident və ya şübhəli hallar barədə hesabatların hazırlanması
  • İştirakçıların imtahan platformalarında qeydiyyatı, hesab yaradılması və texniki dəstəyin göstərilməsi
  • Ödəniş prosesi və qeydiyyat tarixləri ilə bağlı istiqamət və dəstək verilməsi
  • Sertifikat, nəticə, modul dəyişiklikləri və digər inzibati məsələlərin əlaqələndirilməsi və icrası

Namizəddən gözləntilərimiz

  • Yüksək səviyyədə şifahi və yazılı ingilis dili biliyi (mütləqdir)
  • Tələbə və müştəri yönümlü yanaşma
  • Yüksək məsuliyyət, dəqiqlik və operativ qərarvermə bacarığı
  • “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) platforması ilə işləmə bacarığı
  • Təlim, tədbir və sistem idarəçiliyi üzrə baza bilikləri

İş qrafiki və istirahət

  • 6 günlük iş rejimi
  • İstirahət günü həftə içində təyin olunur

Təklif etdiyimiz imkanlar

  • Peşəkar və dəstəkləyici komanda mühiti
  • Sabit və sistemli iş prosesi
  • Müxtəlif inzibati və texniki bacarıqlar üzrə bilik artırma imkanı
  • Gələcəkdə vəzifə artımı və daxili rotasiya imkanları
  • Gündəlik imtahan idarəçiliyi təcrübəsi ilə peşəkar inkişaf

Müraciət qaydası

  • CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Exam Operations Specialist” qeyd etməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
  • Daily0
  • Weekly524
  • Monthly404