Honours Academy Honours Academy
  • 1.5K

HR Assistant

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

HR Assistant

  • Истекает 21 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə haqqında:

“Honours Academy” komandası gündəlik insan resursları proseslərini dəstəkləyəcək, şöbə rəhbərinə təşkilati və inzibati yardım göstərəcək İnsan Resursları üzrə Assistent (HR Assistant) axtarır. Bu vəzifə daxili HR əməliyyatlarının düzgün aparılmasına, əməkdaş məlumatlarının idarə olunmasına və ümumi koordinasiya işlərinə mühüm töhfə verir.

Əsas vəzifə öhdəlikləri:

  • Şöbə rəhbərinin gündəlik fəaliyyətlərinə inzibati dəstək göstərmək;
  • Məzunların işlə təmin olunması proseslərində tərəfdaş şirkətlərlə koordinasiyalı çalışmaq;
  • İR sənədlərinin idarə olunması və məlumatların yenilənməsi;
  • Vakansiyaların hazırlanması, paylaşımı və namizədlərlə ilkin əlaqə;
  • Yeni əməkdaşların qarşılanması, qeydiyyat proseslərinin təşkili;
  • Davamiyyət və məzuniyyətlə bağlı qeydiyyat işlərinin aparılması;
  • Görüş və tədbirlərin texniki-təşkilati hissəsinə dəstək vermək;
  • Rəhbərlik və digər şöbələrlə gündəlik koordinasiya aparmaq.

Tələblər:

  • İnsan resursları və ya inzibati sahədə ən azı 1 il iş təcrübəsi;
  • Yüksək təşkilatçılıq və məsuliyyət hissi;
  • Peşəkar yazışma və sənədləşmə bacarıqları;
  • “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;
  • Diqqətli, çevik və məxfi məlumatlarla işləməyə etibarlı yanaşma.

Təklif etdiyimiz imkanlar:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Müxtəlif və aktiv iş prosesi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq;
  • Peşəkar inkişaf və yüksəliş imkanları.

İş qrafik:

  • Həftədə 6 gün;
  • İstirahət günü: Çərşənbə axşamı;
  • Həftəiçi: 11:00 – 20:00;
  • Həftəsonu: 09:00 – 18:00.

CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “HR Assistant” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily11
  • Weekly601
  • Monthly2543