Əsas vəzifə öhdəlikləri:
- Fərdi müştərilərlə ilk əlaqəni qurmaq, təlim proqramları, qeydiyyat və ödəniş prosesləri barədə məlumatlandırmaq;
- Qeydiyyat, ödəniş və müqavilə proseslərini icra etmək, tələbə məlumatlarını dəqiq şəkildə sənədləşdirmək və bazanın aktuallığını qorumaq;
- Gələn zəng, mesaj və sorğulara (sosial media, “WhatsApp” və s.) operativ və nəzakətli şəkildə cavab vermək;
- Ofisə gələn şəxsləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirib müvafiq istiqamətləndirməni həyata keçirmək;
- İmtahan otaqlarını və avadanlıqları hazır vəziyyətə gətirmək, iştirakçıların qeydiyyatını və şəxsiyyət yoxlamasını aparmaq;
- İmtahan prosesinə nəzarət etmək: qaydaların icrası, texniki və inzibati problemlərə operativ müdaxilə, vaxtın idarə olunması;
- Qayda pozuntuları və insidentlər barədə protokol və hesabatların hazırlanması;
- İmtahan sonrası materialların və nəticələrin təhlükəsiz toplanması, sertifikat və digər inzibati işlərin icrası.
Tələblər:
- Biznes, Marketinq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
- Müştəri xidməti, satış və ya əməliyyatlar sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dillərində səlis danışıq və yazı bacarığı;
- Güclü ünsiyyət və insanlarla işləmək bacarığı, müştəriyönümlü yanaşma;
- Yüksək təşkilatçılıq qabiliyyəti, məsuliyyət və eyni anda bir neçə tapşırığı idarə edə bilmə bacarığı;
- Operativ qərarvermə bacarığı və diqqətlilik;
- “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;
- Təlim, tədbir və sistem idarəçiliyi üzrə baza bilikləri;
- Həftəsonları daxil olmaqla növbəli iş qrafikində işləməyə hazırlıq.
Təklif etdiyimiz imkanlar:
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Müxtəlif və dinamik iş prosesi;
- Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq;
- Performansa əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və yüksəliş imkanları.
İş qrafiki və istirahət günləri:
- Həftədə 6 gün;
- Növbəli iş rejimi;
- İstirahət günü həftə içində verilir.
CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Mütəxəssis” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.