“HORECA” MMC üçün Sürücü axtarışındayıq.
Namizədə tələblər:
- Mövcud sahə üzrə 1-3 il iş təcrübəsi.
- Sürücülük vəsiqəsi (BC kateqoriya)
- Yük daşıma avtomobilini idaretmə bacarığı (Ford , Hyundai)
Əmək şəraiti:
- Həftəiçi 5 günlük iş rejimi, saat 09:00-18:00
- Faktiki iş ünvanı: Bakı şəhəri
- Əmək haqqı: 800 Azn
Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətli və nizam intizamlı olmalı
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarət etmək, yola çıxmazdan əvvəl onun əsas texniki vəziyyətini yoxlamaq.
- Rəhbərlik tərəfindən müəyyən edilmiş marşrut və tapşırıqlara uyğun olaraq malların, yüklərin və ya digər materialların vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək.
- Daşınan malların sayının, çeşidinin və vəziyyətinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılmasını təmin etmək.
- Nəqliyyat vasitəsinin yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və texniki xidmət müddətlərinə nəzarət etmək, tələb olunan məlumatların müvafiq sənədlərdə düzgün qeyd edilməsini təmin etmək.
- Rəhbərlik tərəfindən əmək funksiyasına uyğun verilmiş qanuni tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərinizi “Sürücü” başlığı altında göndərə bilərsiniz.