Komandamıza İngilis dili üzrə peşəkar və yeni başlayan yüksək motivasiyalı namizədlər axtarırıq. Sizə həm peşəkar inkişaf imkanı, həm də stabil və dəstəkləyici iş mühiti təklif edirik.
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş proqram əsasında dərslərin tədris edilməsi
- Müəyyən edilmiş qrafik üzrə fərdi və qrup dərslərinin keçirilməsi
- Tələbələrin biliklərinin müntəzəm yoxlanılması və nəticələrin izlənməsi
Namizədə verilən tələblər:
- Ali təhsil
- Minimum 1 il müəllim kimi iş təcrübəsi (motivasiya və yüksək bilik səviyyəsi olan yeni namizədlər də dəyərləndiriləcək)
- Fərdi və qrup şəklində tədris bacarığı
- Komandada işləmək bacarığı
- İşə ciddi və məsuliyyətli yanaşmaq
- Beynəlxalq dil sertifikatları (TKT, CELTA, IELTS, TOEFL, TESOL) üstünlükdür
Üstünlüklərimiz:
- Tədris proqramı və materiallarla təminat
- Müəllimlər üçün peşəkar hazırlıq və mentorluq dəstəyi
- Sertifikasiya imtahanlarına (IELTS, TOEFL və s.) hazırlıq imkanları
- Davamlı təlimlər və inkişaf proqramları
- Gənc, enerjili və peşəkar komanda mühiti
- Karyera yüksəlişi və uzunmüddətli əməkdaşlıq imkanı
- Rəqabətli əməkhaqqı və motivasiyaedici bonus sistemi
Əgər siz də bizim komandamıza qoşulmaq istəyirsinizsə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.