İşin təsviri:
- Şirkətimizin təqdim etdiyi təlim və xidmətlərin korporativ müştərilərə satışını həyata keçirəcək aktiv və nəticəyönümlü satış mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin axtarışı və əlaqələrin qurulması;
- Şirkət məhsul və xidmətlərinin təqdimatı və satışı;
- Müştərilərlə görüşlərin keçirilməsi, təkliflərin hazırlanması və müqavilələrin bağlanması;
- Satış planlarının icrası və müştəri bazasının genişləndirilməsi;
- Müştəri münasibətlərinin uzunmüddətli və səmərəli idarə olunması.
Tələblər:
- Korporativ satış sahəsində ən azı 2–3 il təcrübə;
- Əldə real müştəri bazası və şirkətlərlə aktiv əlaqələr;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar bacarığı;
- Bazar haqqında bilik və yeni fürsətləri görmək bacarığı;
- Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür.
Şərtlər:
- Rəqabətli əmək haqqı;
- Limitsiz qazanc imkanı: uğurlu satışlarla yüksək gəlir;
- Geniş bazada satış etmək və öz əlaqələrindən maksimum faydalanmaq imkanı;
- Uzunmüddətli əməkdaşlıq və motivasiyaedici şərtlər.
- Xidmət sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
Müraciət üçün CV-lərinizi Korporativ satış meneceri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.