İş şəraiti
- Əməkhaqqı: 2 000 AZN
- İş qrafiki: 5 günlük, 09:00–18:00
- İş yeri: Bakı
Əsas vəzifə öhdəlikləri
- Şirkətin maliyyə fəaliyyətinin idarə edilməsi;
- Gəlir və xərclərin, maliyyə nəticələrinin və rentabelliyin təhlili;
- Aylıq, rüblük və illik maliyyə büdcələrinin hazırlanması və icrasına nəzarət;
- Cash Flow (pul vəsaitlərinin hərəkəti) planının hazırlanması, gündəlik pul axınlarının və likvidliyin idarə edilməsi;
- Ödənişlərin prioritetləşdirilməsi və pul vəsaitlərinin səmərəli bölüşdürülməsinin təmin edilməsi;
- Faktiki maliyyə göstəricilərinin büdcə və plan göstəriciləri ilə müqayisəli təhlili;
- Maliyyə risklərinin, artıq xərclərin və maliyyə itkilərinin müəyyən edilməsi;
- Xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması istiqamətində təkliflərin hazırlanması;
- Maliyyə hesabatlarının konsolidasiyası və rəhbərlik üçün vahid idarəetmə hesabatlarının hazırlanması;
- Maliyyə qərarlarının qəbul edilməsi üçün analitik məlumatların və maliyyə proqnozlarının təqdim edilməsi;
- Mühasibatlıq və maliyyə funksiyaları arasında koordinasiyanın təmin edilməsi;
- Maliyyə proseslərinin təkmilləşdirilməsi, daxili maliyyə nəzarəti mexanizmlərinin qurulması.
Namizədə dair tələblər
- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
- Maliyyə menecmenti, büdcə planlaşdırılması və Cash Flow idarəetməsi üzrə praktiki təcrübə;
- Çoxşirkətli biznes strukturlarının maliyyə idarəetməsi təcrübəsi üstünlükdür;
- Maliyyə hesabatlarının təhlili və konsolidasiyası üzrə biliklər;
- Rentabellik, gəlir-xərc təhlili və maliyyə proqnozlaşdırılması bacarığı;
- MS Excel və maliyyə analitika alətləri ilə yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, strateji yanaşma və güclü planlaşdırma bacarığı;
- Yüksək məsuliyyətlilik və müstəqil qərarvermə qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində "Maliyyə meneceri" qeyd etməyiniz xahiş olunur."