Biz komandamıza yaradıcı və peşəkar SMM mütəxəssisi axtarırıq. Əgər siz sosial mediada trendləri izləyir, kontent yaratmaqdan zövq alır və fərqli ideyalarla çıxış edə bilirsinizsə – bu iş sizin üçündür!
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media strategiyasını hazırlamaq və həyata keçirmək
- Kontent planı tərtib etmək və idarə etmək (mətn, şəkil, video və s.)
- Facebook, Instagram, LinkedIn, TikTok və digər platformalarda paylaşımları icra etmək
- Sosial şəbəkə reklam kampaniyalarını qurmaq, optimallaşdırmaq və izləmək
- Mobilqrafiya (telefonla foto/video çəkilişi) bacarığı və lazım olduqda videolarda çıxış etmək
- Sosial media göstəricilərinin aylıq analizini aparmaq və hesabat hazırlamaq
- Şirkətin xidmətləri ilə bağlı kreativ posterlər hazırlamaq
Namizədə tələblər:
- SMM sahəsində minimum 2 il iş təcrübəsi
- Kreativ kontent yaratma bacarığı
- Qrafik dizayn proqramları (Canva, Photoshop) və video montaj alətləri ilə işləmə bacarığı üstünlükdür
- Sosial media reklam menecerləri (Facebook Ads, Instagram Ads, TikTok Ads) üzrə bilik və təcrübə
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür
- Yaradıcı düşüncə tərzi və komandada işləmə bacarığı
Əgər siz də bu imkanlardan yararlanmaq və komandamıza qoşulmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.