İş şəraiti:
- Əmək haqqı: 1500 AZN +
- İş qrafiki: Həftədə 5 gün
- İş saatları: 09:00 – 18:00
- İş yeri: Bakı şəhəri
- Karyera inkişafı: Şirkət daxilində yüksəlmə və peşəkar inkişaf imkanları
Vəzifə öhdəlikləri:
- 1C 8.3 proqramında idxal, alış, satış, məhsul komplektləşdirmə, layihələr və istehsal prosesləri üzrə sərbəst uçot aparmaq;
- E-qaimələrin yazılması, göndərilməsi və daxil olan e-qaimələrə nəzarət etmək;
- Ölkədaxili və ölkəxarici ödənişləri yerinə yetirmək;
- Internet banking vasitəsilə əməliyyatları idarə etmək;
- New e-taxes.gov.az, Emas, E-gov.az, Stat.gov.az və digər dövlət portallarından istifadə etmək;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarını hazırlamaq;
- İFRS uyğun aylıq maliyyə hesabatları (balans, mənfəət-zərər, pul hərəkəti hesabatları) hazırlamaq;
- Gündəlik bank və kassa əməliyyatlarını aparmaq;
- Debitor və kreditor borclarını izləmək və hesabatlandırmaq;
Tələblər:
- Ali təhsil;
- İngilis dili – C1 səviyyəsi;
- MS Excel və 1C proqramında əla bilik;
- İstehsalat sahəsində iş təcrübəsi üstünlük hesab olunur;
- Maliyyə və mühasibat sahəsində güclü təcrübə və analitik düşüncə;
- Komandada işləmək və işləri məsuliyyətlə, vaxtında yerinə yetirmək bacarığı;
- Strateji düşüncə və çevik adaptasiya qabiliyyəti.
Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.