Bilməlidir:
- Rus və İngilis dili;
- Opera programı (arzuolunandır)
- Microsoft Office programları: Outlook, Word və Excel arzuolunandır
Bacarmalıdır:
- Ünsiyyət bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik;
- Diqqətcil olmaq;
Gözlənilən davranışlar:
- Nizam-intizam;
- Problem həll etmə qabiliyyətləri
Vəzifə öhdəlikləri:
- Məlumatın dəqiq və aktual olmasını təmin etmək üçün rezervasiya sisteminin bütün elementlərini saxlamaq;
- Otaqların mövcudluğu, qiymətlər, dəyişikliklər, gündəlik rezervasiyalar, kitablardakı otaqlar, ləğvlər ilə bağlı qeydiyyat aparmaq;
- Bütün rezervasiya dəyişikliklərini yoxlamaq, hər hansı bir dəyişiklik olduğu təqdirdə idarəetmə sistemində dərhal və dəqiq bir şəkildə yeniləmək;
- Gündəlik e-poçtları yoxlamaq və rezervasiya etmək;
- E-poçt göndərişlərinin otel üzrə çeşidlənməsi (Front Office və Maliyyə şöbələri) üçün ehtiyyat nüsxələrini hazırlamaq;
- Otaq mövcudluğu barədə məlumat vermək, rezervasiya ilə bağlı təsdiq məktubu göndərmək və zəmanət tələb etmək;
İş qrafiki:
- 5 günlük iş rejimi (Növbəli iş qrafiki)
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Maraqlanan namizədlərdən CV-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına, Rezervasiya üzrə agent başlığı ilə göndərmələri xahiş olunur.