Rezervasiya üzrə nəzarətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rezervasiya üzrə nəzarətçi

  • Deadline 3 March 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası

  • Nömrələrin Rezervasiyası, Qiymət Təklifləri və Otel barədə sualları telefon, faks və ya e-poçt vasitəsi ilə tez və peşəkarcasına cavablandırmaq;
  • Rezervasiya ilə bağlı nömrələrin təsdiq edilməsinin tez və dəqiq qeydiyyatını təmin etmək;
  • Telefon zənglərinə cavab vermək və rezervasiya etmək istəyən və ya rezervasiyalarla bağlı sualları olan müştərilərə e-maillərlə cavab vermək;
  • Rezervasiyaları, ləğvləri və dəyişiklikləri rezervasiya proqramı vasitəsilə işləmək;
  • Otaqlardan gələn gəliri artırmaq məqsədilə Gözləmə siyashısında olan Rezervasiyalara (Waitlisted Reservations) nəzarət etmək və yenidən baxış keçirtmək;
  • Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
  • Sənədlərin və təsdiqləmə məktublarının gündəlik şəkildə qeydiyyatını aparmaq;
  • Gündəlik yazışmaları idarə etmək;
  • Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;
  • Xarici görünüşünə (geyim qaydalarına)  qaydalar üzrə nəzərdə tutulmuş tələblərə əməl etmək;
  • Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
  • Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Müvafiq vəzifə üzrə təcrübə;
  • Microsoft Windows kompüter proqramlarını bilmək;  
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
  • Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və Azərbaycan dillində mükəmməl (İngilis və rus dillərində yaxşı) səviyyədə ünsiyyət qurmaq; 
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq. 

Müraciət forması: 

Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına “Rezervasiya üzrə nəzarətçi” başlığı altında CV nümunələrini göndərməklə müraciət edə bilərlər.

  • Daily102
  • Weekly324
  • Monthly352