Əsas vəzifələr:
- Büdcələr, əlaqə siyahıları, planlaşdırma fəaliyyətləri, müqavilələr, satınalma sifarişləri və iclas qeydləri ilə bağlı sənədləri və hesabatları dəqiq şəkildə hazırlamaq.
- Otelin bütün xidmətlərini yeni, mövcud və potensial müştərilərə satışa çıxarmaq, satış strategiyasına uyğun olaraq biznes üçün optimal qiymətləri müəyyənləşdirmək və danışıqlar aparmaq.
- Müntəzəm olaraq satış zəngləri və görüşlər təşkil etmək.
- Biznes imkanlarını axtarmaq, satış tövsiyələri və potensial müştəri müraciətlərini izləmək, mövcud müştərilərə aktiv şəkildə əks əlaqə və xidmət göstərmək.
- Yerli rəqiblərin fəaliyyətini izləmək və onların əməliyyatlarını öz fəaliyyətimizlə müqayisə etmək, mütəmadi olaraq rəqib bazarın araşdırılması.
- Bazar araşdırmaları aparmaq, təhlillərə rəhbərlik etmək və yeni imkanları müəyyənləşdirmək.
- Şöbələrarası açıq və effektiv kommunikasiya qurmaq, əməkdaşlıq və xidmət səviyyəsini yüksək səviyyədə olmasını təmin etmək.
- İşgüzar adamlarla, Görüş və Konfrans təşkilatçıları, Səyahət Agentlikləri, Tur operatorları, Dövlət qurumları və digər əlaqədar tərəflərlə əlaqələr qurmaq və inkişaf etdirmək.
- Müştərilərlə görüşlər aparmaq və onların ehtiyaclarını dərindən anlamaq.
- Otelin və brendin yerli bazarda nüfuzunu artırmaq üçün tədbirlərdə iştirak etmək və əlaqələr qurmaq.
Namizədə aid tələblər:
- Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə iş təcrübəsi
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə və əməkdaşlıq bacarığı
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti
- Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düymsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.