Təmizlik şöbəsi üzrə nəzarətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təmizlik şöbəsi üzrə nəzarətçi

  • Deadline 13 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri:

  • Gündəlik olaraq təmizlik heyətinin iş bölgüsünü planlaşdırmaq və nəzarət etmək, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək.
  • Qonaq otaqları, ümumi ərazilər, xidmət sahələri və işçi otaqlarında yüksək təmizlik və gigiyena standartlarının tətbiqinə nəzarət etmək.
  • İşçi heyətinin işə davamiyyətinə, etik davranışına və formasına (uniformasına) nəzarət etmək.
  • Yeni əməkdaşların təlimini təşkil etmək, onların peşəkar şəkildə inkişafına dəstək olmaq.
  • Otaqların və ərazinin təmizlik yoxlamalarını keçirmək, çatışmazlıqları müəyyənləşdirərək dərhal aradan qaldırmaq.
  • Təmizlik ləvazimatlarının və təchizatın istifadəsinə nəzarət etmək, materialların səmərəli istifadəsini təmin etmək.
  • Lazımi materialların vaxtında sifariş olunması üçün anbar ehtiyatlarını izləmək və hesabat təqdim etmək.
  • Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, nasazlıq hallarında dərhal texniki heyətlə əlaqə saxlamaq.
  • Əməkdaşlar arasında əmək intizamını qorumaq, daxili qaydalara riayət olunmasını təmin etmək.
  • Otelin ümumi xidmət keyfiyyətinə töhfə vermək məqsədilə digər şöbələrlə koordinasiyalı işləmək.
  • Otel tərəfindən təşkil olunan fövqəladə hallar və təhlükəsizlik təlimlərində iştirak etmək və heyəti də bu təlimlərə cəlb etmək.
  • Rəhbərlik tərəfindən verilən digər əsaslı vəzifə və tapşırıqları yerinə yetirmək.

Namizədə Tələblər:

  • Qonaqpərvərlik sənayesində təmizlik xidmətləri üzrə təcrübənin olması üstünlükdür.
  • Dəyişkəm iş qrafikində işləyə bilmək.
  • Qonaq məmnuniyyəti və yüksək xidmət keyfiyyətinə sadiqlik.
  • İngilis və Rus dillərində orta səviyyədə bilməlidir.
  • Güclü ünsiyyət bacarıqları, problem həll etmə qabiliyyəti və nümunəvi liderlik xüsusiyyətləri tələb olunur.
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly653
  • Monthly1402