Vəzifə Öhdəlikləri:
- Komanda üzvlərinin işini idarə etmək və əlaqələndirmək, otaq, ərazi və çamaşırxana işçilərinə nəzarət etmək.
- Təmizlik şöbəsinin menecerinə gündəlik/ həftəlik iş cədvəlləri hazırlamağa və tapşırıqları təyin etməyə kömək etmək.
- Qonaq otaqlarının və ümumi sahələrin təmizliyini və texniki vəziyyətini təmin etmək üçün mütəmadi yoxlamalar aparmaq.
- Yeni təmizlik işçilərinin təlimatlandırılmasına və işə qəbuluna Təmizlik şöbəsinin menecerinə kömək etmək.
- Təmizlik komandasına davamlı dəstək, təlim və rəhbərlik etmək.
- Təmizlik təminatları və avadanlıqlarının izlənməsinə və idarə olunmasına kömək etmək.
- Bütün təmizlik avadanlıqlarının yaxşı vəziyyətdə olduğunu təmin etmək.
- Otaqların və ümumi sahələrin təmizlik standartlarına cavab verməsini təmin etmək.
- Təmizlik xidmətləri ilə bağlı qonaqların şikayətlərini və ya narazılıqlarını həll etməyə kömək etmək.
- Bütün qonaq tələblərinin səmərəli şəkildə yerinə yetirilməsini təmin etmək.
- Müsbət, komanda yönümlü iş mühitinin təşviq edilməsi.
- Təmizlik əməliyyatlarının təhlükəsizlik, sanitar və gigiyena tələblərinə uyğun olduğunu təmin etmək.
- Təhlükəsizlik prosedurları və təmizlik kimyəvi maddələri və avadanlıqlarının düzgün istifadə edilməsi haqqında təlimin təmin edilməsi.
- İş yerindəki təhlükələr və ya hadisələr barədə məlumat vermək və onlara nəzarət etmək.
- Təmizlik departamentinin fəaliyyətinə dair hesabatlar hazırlamaq.
- Tələb olunan hesabatları Təmizlik şöbəsinin menecerinə təqdim etmək.
- Departament sənədlərinin və qeydlərinin saxlanmasına kömək etmək.
Namizədə Tələblər:
- Qonaqpərvərlik sənayesində təmizlik xidmətləri üzrə təcrübə mütləqdir.
- Dəyişkəm iş qrafikində işləyə bilmək.
- Qonaq məmnuniyyəti və yüksək xidmət keyfiyyətinə sadiqlik.
- İngilis və Rus dillərində orta səviyyədə bilməlidir.
- Güclü ünsiyyət bacarıqları, problem həll etmə qabiliyyəti və nümunəvi liderlik xüsusiyyətləri tələb olunur.
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.