İcbari Sığorta Bürosu İcbari Sığorta Bürosu
  • 160

İcbari Sığorta Bürosu

Other

Aktuari

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aktuari

  • Deadline 15 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri 

  • İcbari sığorta növləri üzrə aktuari hesablama və modelləşdirmə işlərinin aparılması;
  • Zəmanət fondunun ehtiyatlarının hesablanması və analizi;
  • Məhsullar üzrə statistik məlumatların toplanması, emalı və təhlili;
  • Risklərin qiymətləndirilməsi və zərərlilik göstəricilərinin hesablanması;
  • Xidmətin maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair vəzifələrin icrası;
  • Trendlərin, oxşarlıqların və uyğunluqların müəyyən edilməsi üçün böyük məlumat toplusu ilə işləmək;
  • İcbari sığorta məhsulları üzrə tariflərinin müəyyən edilməsi siyasəti üzrə təhlillərin aparılması
  • Xidmətin təkrarsığorta əməliyyatları üzrə siyasətin təhlili;
  • Qanunvericilik və tənzimləyici tələblərə uyğun hesablamaların aparılması;
  • İcbari sığorta məhsulları üçün riyazi modellərin qurulması.
  • Qanunvericiliklə müəyyən edilən tələblərin icrası ilə bağlı Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Biliklər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr təhsili; magistr arzuolunandır.
  • "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının qanunlarını mükəmməl bilmək
  • Ehtiyatların (IBNR, RBNS, UPR) formalaşdırılması metodlarını dərindən bilmək.

Texniki biliklər

  • MS Excel: Mürəkkəb düsturlar, makroslar və VBA ilə işləmək bacarığı.
  • Data Analitika: SQL, R və ya Python proqramlaşdırma dillərində böyük məlumat bazaları (Big Data) ilə işləmə təcrübəsi.
  • Statistik proqramlar: SPSS və ya oxşar statistik analiz alətlərindən istifadə.
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması;
  • Aktuar üzrə sertfikatlar arzuolunandır;
  • Aktuar sahəsi üzrə minimum 3 il təcrübə.

Bacarıqlar:

  • Təşəbbüskarlıq;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Çalışqan olmaq;
  • Öhdəliklərinə məsuliyyətli olmaq;
  • Dəqiqlik;
  • Fikirlərini aydın izah edə bilmək;
  • Komandada işləmək bacarığı.

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily98
  • Weekly591
  • Monthly1378