İcbari Sığorta Bürosu İcbari Sığorta Bürosu
  • 106

İcbari Sığorta Bürosu

Прочее

Aparıcı Layihə Meneceri

  • Истекает 9 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Layihə meneceri, təhkim olunduğu layihənin başlanğıcından başa çatmasına qədər olan bütün mərhələlər üzrə planlaşdırma, icra, nəzarət və yekunlaşdırma funksiyalarını həyata keçirir, layihənin məqsədlərinə çatdırılmasını təmin edir.
  • Layihə üçün nəzərdə tutulmuş məqsədlərin, işlərin həcminin, müddətinin, maliyyə və texniki resurslarının müəyyənləşdirilməsi və bu göstəricilərə uyğun layihə planının hazırlanmasında iştirak edir və ya onu müstəqil şəkildə tərtib edir.
  • Layihə portfelinin idarəolunmasında yetkinlik səviyyəsinin artırılması məqsədilə mövcud boşluqların müəyyən edilməsi və layihə planlarının hazırlanmasında iştirak etmək.
  • Layihə qrafikinə və resurs planına uyğun şəkildə işin təşkili, tapşırıqların bölüşdürülməsi və yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
  • Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədilə effektiv kommunikasiya kanallarının gücləndirilməsinə dəstək vermək.
  • Layihənin icrası zamanı risklərin idarə olunması, dəyişikliklərin idarə olunması, keyfiyyətə nəzarət və maraqlı tərəflərlə münasibətlərin idarə olunması sahəsində tədbirlər görür.
  • Layihə resurslarının (insan, maliyyə, texniki) effektiv istifadəsinə nəzarət edir və bu resursların optimal istifadəsini təmin edir.
  • Layihənin gedişi barədə Layihələrin İdarə olunması Şöbəsinin rəisinə və zərurət olduqda İcraçı direktora müntəzəm olaraq yazılı və şifahi hesabatlar təqdim edir.
  • Layihənin uğurla yekunlaşdırılmasından sonra nəticələrin qiymətləndirilməsi və təhlili, eləcə də gələcək layihələr üçün dərs çıxarılması məqsədilə layihə sonrası icmal sənədlərini hazırlayır.
  • Tamamlanmış layihələrin effektivliyini ölçmək məqsədilə təyin olunan Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmə prosesinin həyata keçirilməsinə dəstək olmaq.
  • Bürodaxili fəaliyyətlər üzrə əməliyyat proseslərinin xəritəsini hazırlamasında iştirak etmək və təşkil etmək;
  • Əməliyyat prosesləri xəritəsinin tətbiqinə dair mexanizm və qaydalar hazırlamaq;
  • Əməliyyatların və proseslərin səmərəli təşkili məqsədilə təkmilləşdirmə işlərini həyata keçirmək;

Bilik və bacarıqlar

  • Ali təhsilə malik olmaq
  • Layihələrin idarəedilməsi sahəsində ən azı 2 il iş təcrübəsi
  • Layihə idarəçiliyi üzrə nəzəri və praktiki biliklərə sahib olmaq
  • PMP, PRINCE2 və s. kimi layihə idarəçiliyi sertifikatlarına malik olmaq üstünlükdür
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması bacarığı
  • Əsas Fəaliyyət Göstəricilərinin (KPI) müəyyən edilməsi və təhlili bacarığı
  • JIRA Project və JIRA Service Desk platformalarında layihələrin idarəedilməsi və izlənməsi üzrə yüksək səviyyədə bilik
  • Hesabatların və təqdimatların hazırlanması, eləcə də maraqlı tərəflərlə effektiv kommunikasiya bacarığı
  • Biznes və İT proseslərinin analitikası üzrə təcrübə üstünlükdür
  • Sığorta sektorunda təcrübə üstünlükdür
  • Azərbaycan və İngilis dillərində sərbəst kommunikasiya bacarığı
  • Peşəkar təqdimat və güclü şifahi və yazılı kommunikasiya bacarıqları
  • Dürüstlük, komanda işi bacarığı və təşəbbüskarlıq

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily121
  • Weekly121
  • Monthly808