İş yeri: Bakı
Vəzifə Öhdəlikləri:
- Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
- Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması;
- Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi;
- Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin iş axınlarının qurulması (flow chart-ların hazırlanması);
- Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
- Proses riskləri ilə bağlı kök səbəb təhlillərinin aparılması, fəaliyyət planının hazırlanması, son tarixlərin izlənilməsi;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzu olunandır);
- Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar (arzu olunandır);
- Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
- BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
- Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
- MS Project üzrə biliklər arzu olunandır;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Təqdimat bacarığı;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
- Yeni texnologiyaları öyrənmə həvəsi;
- Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.