İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:
- Büronun səlahiyyətlərinə aid məsələlər üzrə keyfiyyətli və əhatəli, daxili və xarici statistik məlumatların toplanması, emalı, icmallaşdırılması, təhlil edilməsi, rəhbərliyə və aidiyyəti istifadəçilərə çatdırılmasını təmin etmək;
- İcbari sığorta üzrə Büronun istismarında olan avtomatlaşdırlmış sistemlərdə mövcud olan məlumatların toplanmasını, emalını, icmallaşdırılmasına nəzarəti həyata keçirtmək
- Toplanmış məlumatların təhlilini həyata keçirtmək;
- Toplanan və emal edilən məlumatlar üzrə məhsul və xidmətlərin (sığortaçılarda aktuari hesablamaları və anderraytinq aparılması üçün faydalı olan xidmətlər və s.) yaradılmasını təşkil etmək
- Toplanan və emal edilən məlumatlar üzrə yaradılan məhsul və xidmətlərinin satışına nəzarət etmək
- Dövrü olaraq arayışların hazırlanmasına (radar, qəza keçmişinə dair və s.) nəzarət etmək
- Baş verən sığorta hadisələri və sığorta iddialarının tənzimlənməsi ilə əlaqədar müxtəlif analitik hesabatların hazırlanması, hesabatların sığorta bazarı və aidiyyəti qurumlarla paylaşılmasını təmin etmək
Tələb olunan səriştələr:
- Ali iqtisadi və ya hüquq təhsili;
- Ən azı 3 il rəhbər vəzifədə təcrübə (sığorta sahəsində təcrübəyə üstünlük verilir);
- Analitik təhlil bacarığı;
- Böyük məlumatların emalı proqramlarında ən azı birini bilmək (Matlab, SQL, My SQL və s);
- Yaradıcı olmaq.
Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.