İcbari Sığorta Bürosu İcbari Sığorta Bürosu
  • 608

İcbari Sığorta Bürosu

Other

Metodologiya üzrə mütəxəssis (hüquqşünas)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Metodologiya üzrə mütəxəssis (hüquqşünas)

  • Deadline 2 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması üzrə hüquqi və praktiki təkliflər verir;
  • Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir;
  • Sığorta fəaliyyəti ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır və müvafiq təkliflər formalaşdırır;
  • Sığorta şirkətlərindən və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.

Tələblər:

  • Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə;
  • Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatların təhlili bacarığı;
  • Analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti;
  • Qabaqcıl ölkələrin təcrübəsinin araşdırılması, təhlili və yerli mühitə tətbiqi bacarığı;
  • Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək, praktiki yanaşma formalaşdırmaq bacarığı;
  • MS Office proqramları və hüquqi informasiya sistemləri üzrə yüksək səviyyədə kompüter savadı.

Təhsil və iş təcrübəsi:

  • Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi;
  • Hüquq sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;
  • Ən azı bir xarici dil (ingilis dili və rus dili üstünlükdür) üzrə sərbəst oxu və yazı bacarığı.

Əlavə üstünlüklər:

  • Magistr və ya ona bərabər ali hüquq təhsili;
  • Sığorta sahəsində normativ-metodoloji bazaya dair biliklər.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily38
  • Weekly38
  • Monthly725