İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların yoxlanılması və dəyərləndirilməsi;
- Proqram təminatının funksional testlərinin (front-end və back-end) aparılması və veb-servislərin keyfiyyətinə nəzarət edilməsi;
- Daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətə nəzarət;
- APİ sənədləşməsinin tərtibi və yoxlanılması;
- Json, XML strukturlarından istifadə edərək APİ sənədlərinin hazırlanması;
- Analiz və dizayn sənədlərinin hazırlanması;
- Data modelin qurulmasında iştirak;
- Postman, Swagger kimi alətlərlə işləmək;
- İş axınlarını təsvir etmək üçün draw.io, MS Visio alətlərindən istifadə;
- Dizayn və mockup formaların hazırlanması üçün Figma, Miro kimi vasitələrdən istifadə;
- İri həcmli məlumat bazaları və SQL sorğuları ilə işləmək;
- Vizuallaşdırma alətlərindən (məsələn, Power BI, Tableau və s.) istifadə etmə bacarığı;
- Data analitika alətlərindən (Python və s.) biri ilə işləmə bacarığı (arzuolunandır);
- Maraqlı tərəflərlə ünsiyyətin qurulması və onların tələblərinin toplanması;
- Layihənin məqsədlərinə çatmaq üçün iş həcminin dəqiq müəyyənləşdirilməsi və fəaliyyətin təşkili;
- Daxili hesabatların hazırlanması və təhlili;
- Xarici və daxili işçi qrupları ilə koordinasiyalı əməkdaşlıq.
Namizədə dair tələblər:
Təhsil və təcrübə:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Dil bilikləri:
- Azərbaycan dili – əla;
- İngilis dili – yaxşı;
- Rus dili – yaxşı;
Texniki biliklər:
- Microsoft Excel üzrə yüksək səviyyədə biliklər;
- APİ sənədləşməsi və inteqrasiyası üzrə biliklər;
- Json və XML strukturları ilə işləmək bacarığı;
- SQL ilə işləmək bacarığı;
- Postman, Swagger ilə işləmə bacarığı;
- Draw.io, MS Visio, Figma, Miro kimi alətlərlə işləmə bacarığı;
- Vizuallaşdırma və data analitika alətləri üzrə təcrübə (arzuolunandır – Python, Power BI, Tableau və s.);
Yumşaq bacarıqlar:
- Analitik düşüncə və iri həcmli məlumatlarla işləmək bacarığı;
- Məsuliyyətli, operativ və dəqiq olmaq;
- Komanda ilə işləmək və yüksək kommunikasiya bacarığı;
- Maraqlı tərəflərlə effektiv əlaqə qurmaq və tələbləri dəqiq ifadə etmək bacarığı.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.