Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil (beynəlxalq əlaqələr və ya regionşünaslıq üzrə);
- Təcrübə: Beynəlxalq əlaqələr sahəsində ən azı 1-2 illik iş təcrübəsi (vəzifəsən asılı olaraq);
- Texniki biliklər: Microsoft Office proqram bilikləri;
- Şəxsi bacarıqlar: Layihələrin idarəolunması, operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və problemlərin həlli bacarıqları;
- Dil bilikləri: Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə rus dili biliyi.
Vəzifə öhdəlikləri:
- Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində beynəlxalq inkişafa dəstək üzrə ixtisaslaşan xarici dövlətlərin müvafiq qurumları ilə aparılan diplomatik danışıqlarda iştirak etmək;
- Xarici dövlətlərin müvafiq qurumları tərəfindən təklif edilmiş layihələri Agentliyin fəaliyyəti çərçivəsində icra etmək;
- İcbari tibbi sığorta üzrə beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflərin verilməsi;
- Xarici tərəfdar qurumlar tərəfindən hazırlanmış arayışların təhlilinin aparılması və təkliflərin hazırlanması;
- Agentliyin digər struktur bölmələrinin beynəlxalq təşkilatlarla əlaqələrinin koordinasiyasında iştirak etmək.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.